525.Az

9 girov xilas edilib


 

9 girov xilas edilib<b style="color:red"></b>

Nigeriyanın Kaduna əyalətində silahlı dəstələr tərəfindən girov götürülən 9 nəfər xilas edilib. 

525.az xəbər verir ki, Kaduna əyalətinin daxili təhlükəsizlik və daxili işlər komissarı Samuel Aruvan vilayətin Kaso bölgəsində silahlı dəstə üzvlərinə qarşı əməliyyat keçirildiyini bildirib. 

Aruvan əməliyyatda silahlı dəstələr tərəfindən girov götürülən 9 nəfərin xilas edildiyini və bu şəxslərin sağlamlıqlarının yaxşı olduğunu bildirib. Əməliyyatda 4 silahlı dəstə üzvünün zərərsizləşdirildiyini qeyd edən Aruvan, dəstələrə aid silah və sursatların da ələ keçirildiyi məlumatını paylaşıb. 

Qeyd edək ki, Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində terror təşkilatları Boko Haram və ISWAP, eləcə də silahlı dəstələrin hücumları ilə üzləşib. Kaduna əyalətində keçən il silahlı şəxslərin hücumları nəticəsində 937 nəfər həyatını itirib, 1972 nəfər isə qaçırılıb.

Malik Atilay

 





30.11.2022    çap et  çap et