525.Az

5 ölkədən silahlı hücumla bağlı ABŞ-a "səyahət" xəbərdarlığı


 

5 ölkədən silahlı hücumla bağlı ABŞ-a "səyahət" xəbərdarlığı<b style="color:red"></b>

Epidemiyadan sonra ABŞ-da hər il 600-dən çox silahlı hücum hadisəsinin olduğu aşkarlanıb. 

525.az xəbər verir ki, Avstraliya, Kanada, Böyük Britaniya, Almaniya və Yaponiya ABŞ-a səyahət etməyi planlaşdıran vətəndaşlarına silahlı hücumla bağlı xəbərdarlıq ediblər. 

Silahlı Zorakılıq Arxivi ABŞ-da 4 və ya daha çox insanın güllələndiyi silahlı hücumların statistikasını dərc edib. 

Avstraliya, Kanada, Böyük Britaniya, Almaniya və Yaponiya ABŞ-a səfər etməyi planlaşdıran vətəndaşlarına xəbərdarlıq edib: “Terror təhlükəsi ilə bağlı tədbiri artırın”, “Silahlı cinayət ABŞ-da əsas təhlükəsizlik problemidir”, “Kütləvi atışmalar var, yanlış zamanda yanlış yerdə ola bilərsiniz”.

Malik Atilay

 





30.11.2022    çap et  çap et