525.Az

Rusiya hərbi peyk buraxıb


 

Rusiya hərbi peyk buraxıb<b style="color:red"></b>

Rusiya Müdafiə Nazirliyi hərbçilərin istifadə edəcəyi "Kosmos-2564" peykini Pletesk Kosmik Bazasından orbitə buraxıb.

525.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi rus ordusunun istifadəsi üçün daha bir peyki orbitə buraxıb. Rusiyanın Arxangelsk vilayətindəki Plesetsk Kosmik Bazasından "Soyuz 2.1b" raketi ilə buraxılan "Kosmos-2564" adlı peykin uğurla orbitə yerləşirdiyi açıqlanıb. Nazirlikdən verilən açıqlamada: "Kosmik gəmi nəzərdə tutulan vaxtda Aviasiya və Kosmik Qüvvələrin nəzarətinə keçib", - ifadələrinə yer verilib.

Qeyd edək ki, Rusiya sonuncu dəfə noyabrın 2-də Plesetsk Kosmik Bazasından hərbi peyk buraxmışdı.

Məhəmməd Tağıyev

 





30.11.2022    çap et  çap et