525.Az

İsveçrədə Milad işıqlarından bu il az istifadə olunacaq


 

İsveçrədə Milad işıqlarından bu il az istifadə olunacaq<b style="color:red"></b>

İsveçrənin bir çox şəhər və qəsəbələrinin küçələrində Milad işıqları və bazar yerlərində istifadə olunan işıqlar enerjiyə qənaət etmək üçün bu il daha az yanacaq.

525.az xəbər verir ki, hökumət Ukraynada müharibə səbəbiylə qış aylarında yarana biləcək enerji qıtlığına qarşı qənaət çağırışları əsasında, enerjiyə məhdudiyyət qoymaq qərarına gəlib. Qərara əsasən, Milad işıqlandırması və bazar yerlərində istifadə olunan işıqlar enerjiyə qənaət etmək üçün daha az yandırılacaq.

Sürixdə ənənəvi Lüsi Milad işıqları gün batmasından axşam 22:00-a qədər və əvvəlki illərlə müqayisədə 3,5 saat az yanacaq. Ölkənin digər şəhərlərində Milad işıqları gecə saatlarında söndürüləcək və ya alternativ həll yolu tapılacaq. Luzer şəhərində isə gecə 500 şamdandan istifadə olunacaq.

Qeyd edək ki, İsveçrədə enerjinin intensiv istehlak edildiyi digər fəaliyyətlərdə də qənaət tədbirlərinə diqqət yetiriləcək.

Məhəmməd Tağıyev

 





30.11.2022    çap et  çap et