525.Az

Niderlandın Baş naziri: Ukraynaya hava zərbələri barbarcasınadır


 

Niderlandın Baş naziri: Ukraynaya hava zərbələri barbarcasınadır<b style="color:red"></b>

Niderlandın Baş naziri Mark Rutte Rusiyanın Ukraynaya "barbarcasına" hava hücumlarının mülki əhali arasında itkilərə səbəb olduğunu bildirib.

525.az xəbər verir ki, Niderlandın Baş naziri Mark Rutte sosial media hesabında Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı ilə bağlı bunları paylaşıb:

"Rusiyanın barbarcasına hava hücumları mülki əhalinin itkisinə səbəb olur və milyonlarla insanı işıqsız qoyur. Prezident Zelenski ilə görüşümdə, biz indicə Niderlandın müharibədə dəyən ziyanı aradan qaldırmaq və 10 bəndlik sülh planını irəli sürmək üçün dəstəyindən danışdıq".

Məhəmməd Tağıyev

 





30.11.2022    çap et  çap et