525.Az

DSMF jurnalistlər arasında elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb


 

DSMF jurnalistlər arasında elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb<b style="color:red"></b> Dövlət Sosial Müdafiə Fondunda (DSMF) kütləvi informasiya vasitələri üçün “Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” mövzusunda elan edilən müsabiqənin nəticələrinin acıqlanması münasibətilə tədbir keçirilib.

Lent.az-ın məlumatına görə, tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nın 2.36-cı bəndinə (sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin görülməsi) uyğun olaraq keçirilən müsabiqəyə həm televiziyalar, həm də qəzet və xəbər portalları böyük maraq nümayiş etdiriblər. Müsabiqəyə aprelin 1-dən iyunun 1-dək mətbuatda və saytlarda dərc olunmuş sığorta-pensiya sistemində elektron xidmətlərin əhəmiyyəti, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin olunması baxımından vacibliyi, DSMF-nın elektron xidmətlərin keyfiyyətinin artırılması, əhatə dairəsinin genişləndirilməsi, əhalinin məlumatlandırılması sahəsində gördüyü işlər, DSMF-nın yeni elektron xidmətlərinin tətbiqi və bu kimi digər mövzularda məsələlərin əksini tapdığı analitik məqalələr və televiziyada göstərilmiş süjetlər təqdim edilib.
 
 
DSMF sədri Elman Mehdiyev qalibləri və müsabiqədə fərqlənənləri təbrik edərək, onlara diplomları təqdim edib. E. Mehdiyev vurğulayıb ki, Fond sığorta – pensiya sahəsində görülən işlərlə bağlı əhalinin maarifləndirilməsinə xüsusi önəm verir və bu baxımdan gələcəkdə kütləvi informasiya vasitələrinin rolundan daha geniş şəkildə istifadə olunacaq.
 
Müsabiqənin qalibləri arasında “Lent.az” İnformasiya Agentliyinin əməkdaşı da var.
                                                                                     
 





25.06.2014    çap et  çap et