525.Az

Çindən ABŞ hərbi gəmisinə xəbərdarlıq


 

Çindən ABŞ hərbi gəmisinə xəbərdarlıq<b style="color:red"></b>

Çin arxipelaqda üzən ABŞ hərbi gəmisini təqib edərək Cənubi Çin dənizi üzərində suverenlik iddiası ilə bağlı xəbərdarlıq edib. 

525.az xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun Cənub Cəbhəsi Komandanlığının sözçüsü Tian Junli Çin qüvvələrinin Nanşa adaları ətrafında səyahət edən ABŞ Hərbi Dəniz Qüvvələrinin idarəolunan raket kreyseri "USS Chancellorsville"i izlədiyini açıqlayıb və təxliyyə edilməsi barədə xəbərdarlıq edib. 

ABŞ-ı "bölgədə sülhə qarşı təxribatçı" olaraq xarakterizə edən Tian: ​​"ABŞ ordusunun hərəkətləri Çinin suverenliyi və təhlükəsizliyinin ciddi şəkildə pozulması, eləcə də Cənubi Çində dənizçilik və hərbiləşdirmə üzərində hegemonluğun təkzibedilməz sübutudur", - ifadəsini işlədib. 

İyul ayında Çin ordusu ABŞ-ın hərbi donanmasına məxsus "USS Benfold" hərbi gəmisinin Nanşa adaları ətrafındakı ərazi sularının sərhədlərini pozduqdan sonra ərazidən çıxarıldığını iddia etmişdi.

Malik Atilay

 





30.11.2022    çap et  çap et