525.Az

Qazaxda  "Şuşa İli" çərçivəsində tədbir keçirilib


 

Qazaxda  "Şuşa İli"  çərçivəsində tədbir keçirilib<b style="color:red"></b>

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Qazax Rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə "Şuşa - dünən, bu gün, sabah" adlı respublika elmi-praktik konfrans keçriilib. 14 elm və təhsil ocağından 133 nəfər alim və tədqiqatçının qatıldığı konfransda Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, yerli idarəetmə strukturlarının məsul işçiləri, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, həmin universitetin Quba, Cəlilabad, Ağcabədi filiallarının, AMEA Gəncə Bölməsinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Mingəçevir Dövlət Universitetinin, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin nümayəndələri, BDU-nun Qazax filialının professor, müəllim-tələbə heyəti, KİV nümayəndələri iştirak ediblər.

Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxışında bu elmi tədbirə təqdim olunmuş məruzələrin toplu şəklində çap ediləcəyini, bunun gənc tədqiqatçılar üçün böyük töhfə olacağını söyləyib. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxışında konfrans iştirakçılarını bu əhəmiyyətli görüş münasibətilə təbrik edib, qonaqlarını "Qərbin qapısı" kimi xarakterizə etdiyi Qazaxda görməkdən məmnun olduğunu bildirib.

Konfransın ilk iclasında Bakı Dövlət Universitetinin Qazax filialının dosenti, sənətşünaslıq elmləri doktoru İmaş Hacıyev "Şuşada maarifçilik ənənələri", filialın baş müəllimi Ülviyyə Bayramova "Şuşanın tarixi və tarixi missiyası", AMEA Gəncə bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov "Qarabağ Azərbaycandır - nidasından "Şuşa İli"nə doğru", Gəncə Dövlət Universitetinin dosenti Cavid Bağırzadə "XIX əsrin sonu - XX əsrin əvvəllərində Şuşa qəzasının bəzi kənd məktəbləri haqqında", Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Elgün Abbasov "Mənəviyyat simvolumuz", Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Tələbə Gənclər Təşkilatının sədri, Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri Elvira Əfəndiyeva "Şuşa Qarabağın baş tacıdır" mövzularında məruzələrlə çıxış ediblər.

Elmi konfrans öz işini "Şuşa: 270 ilə tarixi ekskurs", Azərbaycanın ictimai-siyasi həyatında Şuşanın rolu", "Şuşanın təhsil və maarifçilik ənənələri", "Şuşanın Azərbaycanın ədəbi irsində yeri" və  "Azərbaycanın mədəniyyət paytaxtı Şuşa multikultural dəyərlərin daşıyıcısı kimi" mövzularda təşkil olunmuş bölmə iclasları ilə davam etdirib.

Zakir MURADOV
Gəncə - Qazax

 





30.11.2022    çap et  çap et