525.Az

Orta Dəhliz Almaniya üçün də çox vacib layihədir


 

 Orta Dəhliz Almaniya üçün də çox vacib layihədir<b style="color:red"></b>


Azərbaycan bizim Cənubi Qafqazda ən böyük iqtisadi tərəfdaşımızdır.

525.az xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann deyib.

O bildirib ki, bu, təkcə Azərbaycanın neft-qaz ixracatçısı olması ilə bağlı deyil. Azərbaycanın eyni zamanda, gələcəyə yönəlik bərpa olunan enerji potensialı yüksəkdir.

Səfirin sözlərinə görə, Azərbaycan regionun ticarət mərkəzinə çevrilir.

“Bundan əlavə, Cənubi Qafqaz vasitəsilə Asiya və Avropanı birləşdirən Orta Dəhlizin bir hissəsi kimi Azərbaycan çox önəmli ölkədir. Bu dəhliz təkcə Azərbaycan üçün deyil, Avropa, o cümlədən Almaniya üçün böyük əhəmiyyət daşıyır”, - Almaniya səfiri əlavə edib.

 

 





30.11.2022    çap et  çap et