525.Az

Bakı Xoreoqrafiya Akademiyası YAP-ın 30 illiyinə həsr olunmuş konsert proqramı keçirib


 

Bakı Xoreoqrafiya Akademiyası YAP-ın 30 illiyinə həsr olunmuş konsert proqramı keçirib<b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyası Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ilə birgə YAP-ın 30 illiyinə həsr olunmuş konsert proqramı keçirib.

525.az xəbər verir ki, konsertdə  Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin əməkdaşları, Azərbaycan ali təhsil müəssisələrinin, xarici ölkə səfirliklərinin nümayəndələri, eləcə də, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri, YAP-ın üzvləri, YAP-ın Nəsimi Rayon Təşkilatının sədri, incəsənət və media nümayəndələri, ictimai fəallar və BXA-nın tələbə-müəllim heyəti iştirak edib. 

Konsert başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Bakı Xoreoqrafiya Akademiyasının tələblərinin ifasında “Azərbaycan”, “Sən yadıma düşəndə”, İspan xalq rəqsi “Flamenko”, Xalq rəqsi “Şələqoy”, Q.Qarayevin “Leyli və Məcnun” baletindən parça, Xalq mahnısı “Küçələrə su səpmişəm”, S.Raxmaninovun “Burevestnik”, Xalq rəqsi “Qartal”, Xalq rəqsi “Yüz biri rəqsi”, A.Adanın Jizel baletindən “Qalop”, Xalq rəqsi “İgidlər rəqsi”, L.Minkusun “Don Kixot” baletindən Kitrinin variasiyası, C.Cahangirovun “Ala göz”,  Q.Qarayevin “Yeddi gözəl” baletindən parça, Ü.Hacıbəylinin “Cəngi”, T.Ağayevanın “Mən Fəxr edirəm ki, Azərbaycanlıyam”  və digər rəqslər nümayiş edilib.

Konsertin bədii rəhbəri Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadədir. 

Qeyd edək ki, konsert tamaşaçılar tərəfindən böyük anşlaqla qarşılanıb.

 





30.11.2022    çap et  çap et