525.Az

ABŞ səfiri hökumət rəsmiləri və vətəndaş cəmiyyəti üzvləri ilə görüşdü


 

ABŞ səfiri hökumət rəsmiləri və vətəndaş cəmiyyəti üzvləri ilə görüşdü<b style="color:red"></b>

Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətləri qeyd etmək üçün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar hökumət rəsmiləri, vətəndaş cəmiyyəti üzvləri beynəlxalq təşkilatların nümayəndələri ilə birgə qəbul keçirib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Riçard Morninqstar ötən illər ərzində Azərbaycan hökuməti insan alverinə dair cinayət işlərinin hüquqi çərçivəsini daha da genişləndirmək gücləndirmək istiqamətində mühüm səylər göstərdiyini qeyd edib. 

Onun sözlərinə görə, qurbanların reabilitasiyası sosial reinteqrasiyasına kömək naminə mövcud xidmətlərin artırılması məqsədi ilə hökumət QHT sektorundan olan tərəfdaşlarla münasibətlər qurub: "ABŞ insan alverinə qarşı mübarizə üzrə Azərbaycandan olan tərəfdaşları ilə birgə işləyərək hüquq mühafizə qanunvericilik təlimləri keçirib, rəsmi nümayəndələrin QHT təmsilçilərinin tanışlıq səfərlərini maliyyələşdirib, eləcə insan alveri qurbanları üçün sığınacaqların fəaliyyətinə maddi dəstək verib".

ABŞ səfiri cinsi istismar məcburi əməyə qarşı mübarizə aparmaq üçün ölkəsinin Azərbaycanla birgə işləməyə sadiq olduğunu vurğulayıb: "Müasir dövrün köləliyinə son qoymaq  beləliklə ölkədəki kişi, qadın uşaqların ləyaqətini təmin etmək üçün birgə işləməliyik".

 





25.06.2014    çap et  çap et