525.Az

Qoşulmama Hərəkatına üzv dövlətlərin təhsil nazirləri yeniliklərlə bağlı təcrübələrini bölüşüblər


 

Qoşulmama Hərəkatına üzv dövlətlərin təhsil nazirləri yeniliklərlə bağlı təcrübələrini bölüşüblər<b style="color:red"></b>

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin təhsil nazirlərinin onlayn görüşü keçirilib.

Nazirlikdən 525.az-a verilən məlumata görə, görüşdə açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev pandemiya dövründə ölkəmizdə təhsilin davamlılığının təmin edilməsi məqsədilə atılan addımlar, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində təhsil sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbirdə, həmçinin UNESCO-nun Baş direktorunun təhsil məsələləri üzrə müavini Stefania Giannini, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer və Qoşulmama Hərəkatına üzv dövlətlərin təhsil nazirləri müasir çağırışlardan bəhs edib, yeniliklərlə bağlı təcrübələrini bölüşüblər.

Görüş zamanı Qoşulmama Hərəkatı Gənclər Təşkilatının rəhbəri Orduxan Qəhrəmanzadə də çıxış edib və təşkilatın fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib.

Sevinc Qarayeva

 

 





30.11.2022    çap et  çap et