525.Az

28 nəfərə elmi dərəcə verilməsindən imtina edilib


 

28 nəfərə elmi dərəcə verilməsindən imtina edilib<b style="color:red"></b>


Bu ilin noyabr ayında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb.

Prezident yanında Ali Attestasiya Komissiyasından 525.az-a verilən məlumata görə, cari ayda 28 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Noyabr ayında 43 nəfərə fəlsəfə doktoru, 6 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 25 nəfərə, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 3 nəfərə isə imtina cavabı gəlib.

Həmçinin noyabr ayı ərzində 22 nəfərə dosent, 2 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 2 nəfərə, professor elmi adı almaq istəyən 1 nəfərə isə imtina verilib.

Sevinc Qarayeva 

 





30.11.2022    çap et  çap et