525.Az

“Gənc Liderlər və Təşəbbüs Qruplarının rəhbərləri üçün Payız Məktəbi” başa çatıb


 

“Gənc Liderlər və Təşəbbüs Qruplarının rəhbərləri üçün Payız Məktəbi” başa çatıb<b style="color:red"></b>

“Gənc Liderlər və Təşəbbüs Qruplarının rəhbərləri üçün Payız Məktəbi” başa çatıb

525.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə Mingəçevir şəhərində keçirilən “Gənc Liderlər və Təşəbbüs Qruplarının rəhbərləri üçün Payız Məktəbi” başa çatıb. Layihənin keçirilməsində məqsəd gənc liderlər və Təşəbbüs Qruplarının rəhbərlərinin üzə çıxarılması, onların intellektual inkişafına nail olunması, dünyagörüşünün artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsi və şəbəkələşmə prosesinə töhfə verməkdir. Ümumilikdə layihə çərçivəsində 2 panel müzakirəsi, 5 görüş, 4 təlim, 4 gəzinti, 4 mədəni-kütləvi tədbir, 1 idman və 1 intellektual yarış həyata keçirilib.

"Payız Məktəbi”nin yekunlaşması ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İndira Hacıyevanın iştirakı və “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlının moderatorluğu ilə görüş baş tutub. Görüş zamanı nazir müavini gəncləri layihəni uğurla başa vurmaları münasibəti ilə təbrik edib, onların fikir və təkliflərini dinləyib. Yekunda iştirakçılar sertifikatlarla təltif olunub.

 





30.11.2022    çap et  çap et