525.Az

DİN Dövlət Departamentinin hesabatını dəyərləndirdi


 

DİN Dövlət Departamentinin hesabatını dəyərləndirdi<b style="color:red"></b>

İyunun 20- ABŞ Dövlət Departamenti insan alverinə qarşı mübarizəyə dair növbəti illik hesabatını açıqlayıb. Hesabatda ümumilikdə 4 pillədən ibarət siyahı üzrə 187 ölkə sıralanıb. Birinci siyahıda 31, ikinci siyahıda 89, 2 nəzarət siyahısında 44 üçüncü siyahıda isə 23 ölkə qərarlaşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan ötən il olduğu kimi, bu il 2-ci sıra ölkələr siyahısında yer alıb. Həmin siyahıda postsovet məkanı üzrə Gürcüstan, Estoniya, Latviya, Litva, Moldova, Qazaxıstan, Qırğızıstan Tacikistan, qonşu ölkələrdən isə Türkiyə qeyd edilib.

Hesabatda qeyd olunur ki, ölkəmiz hüquq-mühafizə tədbirlərini artırmaqla ötən dövrdə məcburi əmək xarakterli insan alverinə qarşı mübarizə ilə bağlı qanunvericiliyin sərtləşdirilməsi istiqamətində tədbirləri artırıb.

Azərbaycan hökuməti 2013- ilin aprel may aylarında beynəlxalq hüquq normalarına uyğunlaşdırmaq məqsədilə Cinayət Məcəlləsinin 144-1-ci maddəsinə düzəliş etmiş, sərhədkeçmə ilə bağlı müddəanı ləğv etmiş, məcburi əmək cinayətlərinə qarşı cəzaları artırmış, insan alverinin törədilmə üsullarının uşaqların insan alverinə cəlb olunması zamanı əhəmiyyətini aydınlaşdırmış insan alveri məqsədilə şəxsiyyəti təsdiq edən saxta sənəd hazırlanmasına görə ayrıca cinayət məsuliyyəti müəyyən etmişdir.

Dövlət Departamenti bəyan edib ki, hökumət hesabat müddətində insan alveri qurbanlarının müdafiəsi onlara yardım göstərilməsi istiqamətində bəzi irəliləyişlərə nail olub.

Nəzərə çatdırılır ki, ötən ilin iyul ayında insan alverinə qarşı mübarizədə başlıca qurum olan Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı QHT Koalisiyası ilə Anlaşma Memorandumunu 2018-ci ilədək uzatmışdır. Anlaşmaya əsasən, DİN müntəzəm olaraq insan alveri qurbanlarını potensial insan alveri qurbanlarını sığınacaq digər yardım xidmətləri üçün QHT tərəfdaşlarına yönəldir. 2013- ilin sentyabr ayında Nazirlər Kabineti bu növ cinayətlərdən zərər çəkmiş xarici vətəndaşların repatriasiyası ilə bağlı qaydalar qəbul etmişdir ki, bu qaydalar onlara (qurbanın müraciəti əsasında) bir ilədək müddətdə müvəqqəti yaşamağa imkan verir.

Bununla bərabər, hesabatda insan alverinə qarşı profilaktik tədbirlər sahəsində irəliləyişin davam etdirildiyi, dövlətin həyata keçirdiyi maarifləndirmə kampaniyalarının əksər hissəsinin insan alveri qurbanlarına yönəldiyi göstərilir.

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi 44 şəhərdə maarifləndirmə kampaniyası həyata keçirmiş, bu mövzu ilə bağlı poster videolar paylamış qaynar xətt xidməti yaratmışdır.

Bildirilir ki, Baş İdarə beynəlxalq təşkilatlar, QHT Koalisiyası, ictimaiyyət digər maraqlı tərəflərlə əməkdaşlıq səviyyəsində növbəti Milli Fəaliyyət Planının (2014-2018-ci illər) layihəsinin hazırlanmasına rəhbərliyi öz üzərinə götürmüşdür. Plan layihəsi islah məntəqələrindən azad olan gənclər (əhalinin bu təbəqəsi insan alveri üçün ən həssas əhali qrupu sayılır) üçün sığınacaqların yaradılmasını dövlət işçilərinin insan alverinə qarşı mübarizə mövzusunda keçirilən təlimlərdə iştirakını, həmçinin şahidlərin yüksək səviyyədə mühafizəsini nəzərdə tutmaqla Bakı şəhərindən kənarda sığınacaqların yardım mərkəzlərinin genişləndirilməsini ehtiva edir.

Xüsusi qeyd edilməlidir ki, ABŞ Dövlət Departamentinin etiraf etdiyi irəliləyiş respublikamızda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilmiş qətiyyətli kəsərli tədbirlər nəticəsində mümkün olmuşdur. Belə ki, ötən il həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 cinayət işi üzrə 80 insan alveri, 4 cinayət işi üzrə 4 məcburi əmək cinayət faktı qeydə alınmışdır. İnsan alveri cinayətləri törətdiklərinə görə 17 şəxs (14 qadın, 3 kişi) cinayət məsuliyyətinə cəlb edilmiş insan alveri qurbanı olan 56 nəfər (41-i qadın, 15-i kişi) müəyyən edilmişdir. Hesabat dövründə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışa elan olunmuş 17 insan alverçisindən 5-i tutularaq istintaq məhkəmə orqanlarına təqdim edilmişdir.

Qurbanlardan 37 nəfəri (23 qadın, 14 kişi) təhlükəsiz sığınacağa yerləşdirilmiş, onların müdafiəsi zəruri yardımların göstərilməsi ilə bağlı tədbirlər davam etdirilmişdir. Sığınacağa yerləşdirilmiş qurbanların hamısına tibbi, psixoloji yardımlar göstərilmiş, zəruri geyimlə təmin edilmişlər. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən insan alverindən zərər çəkmiş 50 qurbana reinteqrasiya dövründə birdəfəlik müavinətlər, 13 nəfərə isə İnsan alveri qurbanlarına Kömək Fondundan yardımlar verilmişdir. Qurbanlardan 22-si işlə təmin edilmiş, 21-i isə peşə kursuna göndərilmişdir.

Cari ilin 1-ci rübü ərzində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə 103 cinayət faktı qeydə alınmış, onlardan 36- insan alveri (11 cinayət işi üzrə), 33-ü fahişəliyə cəlb etmə, 33-ü əxlaqsızlıq yuvaları saxlama, 1-i yetkinlik yaşına çatmayanları fahişəliyə ya əxlaqsız əməllərə cəlb etmə ilə bağlı olmuşdur. İnsan alveri cinayətləri törətdiklərinə görə 3 şəxs (2 qadın, 1 kişi) cinayət məsuliyyətinə cəlb edilmiş insan alveri qurbanı olaraq 16 nəfər (hamısı qadın) müəyyən edilib.

İllik hesabatlarda ABŞ Dövlət Departamenti, ənənəvi olaraq, hər bir ölkə üçün insan alverinə qarşı mübarizə fəaliyyətinə dair tövsiyələrini təqdim edir. Keçənilki hesabatda ölkəmizə edilmiş 14 tövsiyənin 8-i 2014- il hesabatında eyni ilə təkrarlanmış, yeni tövsiyə verilməyib. Son hesabatda qeyd edilmiş tövsiyələr miqrantların məcburi əməyə məruz qalmasının qarşısının alınması, insan alveri qurbanları üçün xidmət şəbəkəsinin genişləndirilməsi, bu növ cinayətlərə qarşı mübarizə üzrə müvafiq qurumlararası əlaqələrin təkmilləşdirilməsi, insan alveri ilə bağlı miqrant işçilər üçün maarifləndirmə tədbirlərinin təşkil edilməsi kimi sahələri əhatə edir.

Bəzi kütləvi informasiya vasitələrində ölkəmizdə insan alverinin guya çiçəkləndiyi, bu növ cinayətlərə qarşı səmərəli mübarizə aparılmadığı barədə gedən qərəzli, böhtan xarakterli sifarişli yazılara baxmayaraq, ABŞ Dövlət Departamentinin növbəti illik hesabatı ölkəmizdə göstərilən sahədə məqsədyönlü tədbirlərin həyata keçirildiyini, həmin istiqamətdə irəliləyişin müşahidə edildiyini bir daha təsdiqləyir.

 





25.06.2014    çap et  çap et