525.Az

"Azərbaycanda uzun illərdir ki, sabitlik mövcuddur və bu, ölkənin iqtisadi inkişafınin mühüm şərtlərindən biridir"


 

"Azərbaycanda uzun illərdir ki, sabitlik mövcuddur və bu, ölkənin iqtisadi inkişafınin mühüm şərtlərindən biridir"<b style="color:red"></b>

“Prezident İlham Əliyevin ADA Universitetində “Orta dəhliz boyu: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında bir çox mühüm məsələlərə toxunub. Konfransda ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveç, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri multiregionallıq prinsipi, onun yaratdığı nəticələri və gələcək konturları ilə bağlı müzakirələr aparıb. Prezident həyata keçirdiyi balanslaşdırılmış və çox vektorlu müstəqil xarici siyasəti dövlətimizin beynəlxalq nüfuzunu daha da artırır. Onun son aylarda Şanxay Əməkdaşlıq Təşkilatının, Avropa Siyasi Birliyinin, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin, Ərəb Dövlətləri Liqasının sammitlərində iştirakı və konseptual çıxışları mühüm əhəmiyyət kəsb edir. Həmçinin, qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşlər, Gürcüstana, Albaniya və Serbiyaya səfərlər, İsraildə səfirliyin və Fələstində nümayəndəliyin açılması aktiv siyasətin, uğurlu diplomatiyanın bariz nümunəsidir.”

525.az xəbər verir ki, bunu millət vəkili Hicran Hüseynova deyib.

H.Hüseynova qeyd edib ki, bütün bunlar ölkənin dünya miqyasında baş verən proseslərdə iştirakçılıq imkanlarını genişləndirir, söz sahibi olaraq siyasi çəkisini daha da gücləndirir:

“Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələlərinə xüsusi diqqət ayırmaq lazımdır. Preazidentin qeyd etdiyi kimi “İstənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq”. Azərbaycanda uzun illərdir ki, sabitlik mövcuddur və bu, ölkənin iqtisadi inkişafınin mühüm şərtlərindən biridir. Azərbaycanın beynəlxalq arenada artan rolu, nüfuzu həyata keçirilən daxili siyasətin nəticəsidir. Güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və siyasətin proqnozlaşdırılması mümkün qədər çox və müxtəlif ölkələrlə daha sıx münasibətlərin qurulması, qarşılıqlı fayda verən əməkdaşlığın yaradılmasının vacib şərtidir. İndi Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun artır. Azərbaycan İtaliya, Macarıstan və Polşa ilə münasibətlərini yeni strateji tərəfdaşlıq müstəvisinə çıxarıb. Balkan ölkələrində enerji təhlükəsizliyi vasitəsilə öz mövqeyini və təsirini gücləndirməyə başlayıb. Hazırda Azərbaycan qazı bir çox Avropa ölkələri üçün demək olar ki, şah damarı hesab edilir. Çin, Özbəkistan və Qazaxıstan Xəzərdən keçən nəqliyyat və tranzit dəhlizinə dair Bakı ilə razılığa gəlməyə çalışır. Türkmənistan da bu layihəyə böyük maraq göstərir. Halbuki, bir il bundan əvvəl bütün bu proses ağlasığmaz görünürdü. Hazırda Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əvvəlki illərlə müqayisədə daha fəal dialoq aparılır. Sonuncu Zirvə Toplantısı bunun bariz təzahürü idi. Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhliz layihəsinə əsas töhfə olacaqdır. Çünki coğrafiyaya nəzər saldıqda Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzər dənizinin bu sahilində Azərbaycan, Gürcüstan və Türkiyənin olması əlavə imkanlar yaradır.”

Sevinc Qarayeva 

 





30.11.2022    çap et  çap et