525.Az

"İslam həmrəyliyi Azərbaycanın mövqelərinin möhkəmlənməsi üçün tamamilə fərqli perspektivlər açır"


 

"İslam həmrəyliyi Azərbaycanın mövqelərinin möhkəmlənməsi üçün tamamilə fərqli perspektivlər açır"<b style="color:red"></b>

"Bu gün dünya ilə yanaşı qlobal iqtisadiyyatın coğrafiyası da dəyişir: “Hazırkı mövcud geosiyasi reallıqlar Bakını yeni dünya düzəninin formalaşmasına fərqli nəzər salmağa sövq edir. Ölkə başçısının siyasi bacarığı, diplomatik məharəti nətisəcində Azərbaycanın geoiqtisadi cəlbediciliyi artır. Türk kimliyi ilə yanaşı, İslam həmrəyliyi Azərbaycanın mövqelərinin möhkəmlənməsi üçün tamamilə fərqli perspektivlər açır".

525.az xəbər verir ki, bunu millət vəkili Hicran Hüseynova deyib. Onun sözlərinə görə, qardaş Türkiyənin xarici siyasətinin transformasiyası və cənab Ərdoğanın Şərqə doğru irəliləməsi Azərbaycan diplomatiyası üçün yeni imkanlar formalaşdırır: "Azərbaycan Ermənistanla qarşıdurmada hərbi-siyasi üstünlük əldə etsə də, erməni neorevanşizminin dirçəlməsindən sonra risklər, çağırışlar və təhdidlər hələ də qalmaqdadır. Baş qaldıran erməni revanşizmi ilə yanaşı, Azərbaycanın regionda artan rolunu neytrallaşdırmaq istəklərini gizlətməyən İran var. Ölkə başçısı bir daha vurğuladı ki, “İndi İranla Azərbaycan arasında baş verənlər bizim tərəfimizdən yaranmayıb”. İşğal dövründə İran hərbi qüvvələri Azərbaycanın işğal olunmuş ərazisi ilə sərhəd olan ərazidə heç vaxt hərbi təlim keçirmədiyi halda, erməni işğalına son qoyulandan sonra hərbi təlim keçirir. İran rəsmiləri, o cümlədən çox yüksək vəzifəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər. Prezident bir daha qeyd etdi ki, “İranda yaşayan azərbaycanlılar bizim millətin bir parçasıdır. Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün hər şeyi edəcəyik” Artıq ölkə başçısı bir neçə mühüm tədbirlərdə bu məsələni qaldırıb və İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsinin zəruriliyini vurğulayıb.”

Sevinc Qarayeva 

 





30.11.2022    çap et  çap et