525.Az

Mardoviya Dövlət Universitetinin rektoru BDU-da


 

Mardoviya Dövlət Universitetinin rektoru BDU-da <b style="color:red"></b>

Dünən Ali peşə təhsili üzrə federal dövlət təhsil müəssisəsi N.P.Oqaryov adına Mardoviya Dövlət Universitetinin rektoru Serqey Vdovin,  həmin universitetin Rus dili kafedrasının professoru Akimova Elvira Nikolayevna Biotexnologiya kafedrasının professoru Kadimaliyev Davud Aliyeviç Bakı Dövlət Universitetində olublar.

Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov universitet onun beynəlxalq əlaqələrindən, üzvü olduğu qurumlardakı fəaliyyətindən danışıb. Sonda birgə layihələr üzrə elmi araşdırmaların aparılması, alimlərin müəllimlərin ixtisaslarının artırılması məqsədi ilə təcrübə mübadiləsi, birgə seminar, konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə proqramlarda birgə iştirak məsələləri nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Daha sonra qonaqlar universitetlə tanış olub, Heydər Əliyev muzeyi, Rus mərkəzi, poliklinika, tədris Elektron mərkəzi,elmi laboratoriyalara baxış keçiriblər.

 





25.06.2014    çap et  çap et