525.Az

"Paşinyanın faktiki olaraq belə bir tələb irəli sürməsi fomatdan imtina deməkdir"


 

"Paşinyanın faktiki olaraq belə bir tələb irəli sürməsi fomatdan imtina deməkdir"<b style="color:red"></b>

"Nikol Paşinyanın sülh prosesinə olan yanaşmasından sonra məsələ sual altındadır. Proses Avropa İttifaqının vasitəçiliyi çərçivəsində aparılıb. Bu mənada Paşinyanın Fransa prezidenti Emmanuel Makronun sülh prosesində iştirakı ilə bağlı təkidləri əsassızdır. Praqada belə bir formatın yaradıldığını bildirmək isə yanlışdır. Çünki belə bir format yoxdur".

525.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O bildirib ki, ADA Universitetində keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyev tərəfindən də bu məsələ ilə bağlı konkret mövqe bildirilib: "Çünki Azərbaycanla Ermənistan arasında sülh prosesi üçün üçtərəfli format mövcuddur. Məhz format çərçivəsində bu il üç görüş baş tutub. Bu ilin aprelin 6-sı, mayın 22-si və avqustun 31-də bu formatda üçtərəfli danışıqlar olub. Həmin format isə ötən ilin dekabrın 14-də yaradılıb. Emmanuel Makron isə yalnız Praqa görüşündə istisna olaraq görüşlərə qoşulub. Bu da Prezident İlham Əliyevin razılığı ilə baş tutub. Amma reallıqda Fransanın iştirakı ilə belə bir format yoxdur. Bu baxımdan da Paşinyanın faktiki olaraq belə bir tələb irəli sürməsi fomatdan imtina deməkdir. Bununla da sülh prosesi sual altına düşür”.

Sevinc Qarayeva 

 





30.11.2022    çap et  çap et