525.Az

"Azərbaycan və Türkiyənin dost və qardaş ölkələr olmaqla dünya üçün örnək bir xarakterə malikdir"


 

"Azərbaycan və Türkiyənin dost və qardaş ölkələr olmaqla dünya üçün örnək bir xarakterə malikdir"<b style="color:red"></b>

"Azərbaycan və Türkiyənin dost və qardaş ölkələr olmaqla dünya üçün örnək bir xarakterə malikdir".

525.az-ın məlumatına əsasən, bunu millət vəkili Tamam Cəfərova deyib. O qeyd edib ki, ötən il Şuşada Azərbaycanla Türkiyə arasında imzalanan Müttəfiqlik Bəyannaməsi münasibətlərin ən yüksək zirvəsi hesab edilir:

"Sözsüz ki, iki qardaş ölkə arasında əməkdaşlıq bundan sonra yüksələn xətt üzrə inkişaf edəcək. Bu birlik birmənalı şəkildə regional sabitliyin mühüm meyarıdır. Türkiyə ilə Azərbaycan arasında iş birliyi və birgə fəaliyyət bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib. Müdafiə, təhlükəsizlik sahəsində də iki qardaş ölkənin atmış olduğu addımlar regional sabitliyin və mühüm meyarıdır. Bu mənada Azərbaycan və qardaş Türkiyəyə qarşı məkirli planlar düşünənlər bu birlikdən formalaşan güc amilini mütləq ki bir daha nəzərdən keçirsinlər”.

Sevinc Qarayeva 

 





30.11.2022    çap et  çap et