525.Az

Azərbaycan səfiri etimadnaməsini Niderland Kralına təqdim edib


 

Azərbaycan səfiri etimadnaməsini Niderland Kralına təqdim edib<b style="color:red"></b>

Azərbaycan səfiri Rəhman Mustafayev etimadnaməsini Niderland Kralı Villem-Aleksandra təqdim edib.

525.az xəbər verir ki, səfir bu barədə tviterdə bildirib.

“Bu gün səfir kimi etimadnaməmi Kral Villem-Aleksandra təqdim etmək şərəfinə nail oldum. Siyasi dialoqun gücləndirilməsi, iqtisadi əməkdaşlıq, elm və mədəniyyət sahəsində əməkdaşlıq, gənclərin mübadiləsi gündəliyimizdə əsas məsələlər olacaq”, - diplomat vurğulayıb.

 





30.11.2022    çap et  çap et