|
|
|
|
Almaniyada üç aparıcı insan haqları təşkilatı hökumətin irqçilik və sağçı ekstremizmlə mübarizədə kifayət qədər iş görmədiyini açıqlayıb.
525.az xəbər verir ki, Amadeu Antonio Fondu, Miqrant Təşkilatları Konfransı (BKMO) və İnsan Haqları Qrupunun (BMB) birgə bəyanatında: "Koalisiya hökuməti problemlərə ciddi yanaşmır, heç bir strateji konsepsiya və bir çox tədbirlər yoxdur", - deyilib.
Bəyanatda Almaniyada demokratiya və təhlükəsizliyə ən böyük təhlükənin sağçı qrupların olduğu vurğulanıb. Almaniyada qaçqın, mühacir, yəhudi və müsəlmanları hədəf alan hücumların qarşısının alınması üçün daha güclü tədbirlər görülməsinə çağırış edilən açıqlamada: "Həddindən artıq sağçı təbliğat və şiddətin yaratdığı təhlükələr azalmayıb, əksinə artıb. Qaçqın sığınacaqlarına edilən son hücumlar isə daha da artıb", - deyə bildirilib.
Bəyanatda hökumətdən irqçiliklə mübarizəyə görə ortaq strategiyanın hazırlanması üçün qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın artırılması və struktur irqçilik probleminin həlli üçün “iştirak qanunu”nun qəbul edilməsi istənilib.
Malik Atilay