525.Az

NATO ölkələri Kiyevlə daha sıx əməkdaşlıq etməyə razılaşıblar


 

NATO ölkələri Kiyevlə daha sıx əməkdaşlıq etməyə razılaşıblar<b style="color:red"></b>

"NATO ölkələri Ukrayna ilə daha sıx işləmək barədə razılığa gəliblər. Müttəfiqlər lazım olduğu müddətdə Ukraynaya dəstəyi davam etdirəcəklər" 

525.az xəbər verir ki, belə bir bəyanatla hərbi blokun Baş katibi Yens Stoltenberq çıxış edib. "NATO müttəfiqləri Ukraynaya lazım olan müddətdə dəstəyini davam etdirəcəklər. Biz geri çəkilməyəcəyik”, - deyərək o, təşkilata üzv ölkələrin xarici işlər orqanları rəhbərlərinin iclası çərçivəsində jurnalistlərə bildirib.

Stoltenberq əlavə edib ki, alyans ölkələri də Kiyevlə daha sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər: "Ukraynanın hərbi və maliyyə dəstəyi Qərb ölkələrinin sakinləri üçün baha başa gəlir, lakin Kiyevə dəstəyin artırılması vacibdir", - Stoltenberq deyib.

Həmçinin Çinin “Global Times” qəzeti: "NATO-nun Avropa üzvləri Ukraynaya yardım və silah tədarükünü özlərinin müflislisləşməsi səbəbindən kəsə bilər", - deyə qeyd edib. Enerji böhranı səbəbindən  qarşı-qarşıya qoyduğundan, Avropa ölkələrinin liderləri mövcud problemi daha da dərinləşdirmək istəmir, çünki bu, onlara daha da təsir edə bilər.

NATO-dakı səfiri Tomaş Şatkovski sözlərinə görə Ukraynaya yardım fonunda alyans ölkələrinin hərbi texnika anbarları boşalmağa başlayıb. Onun sözlərinə görə, son vaxtlar NATO ölkələrinin Kiyevə silah tədarükündə fəallığı azalıb.

Qeyd edək ki, rəsmi Moskva dəfələrlə Ukraynaya silah tədarükünü pisləyib. Hələ aprel ayında Rusiya Xarici İşlər Nazirliyi Kiyevə silah tədarükü ilə bağlı bütün NATO ölkələrinə nota göndərmişdi. Rusiya xarici işlər naziri Sergey Lavrov öz növbəsində qeyd edib ki, Ukrayna ordusu üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.

Havar Şəfiyeva

 





30.11.2022    çap et  çap et