525.Az

“Biz Çini düşmən kimi görmürük" - Stoltenberq


 

“Biz Çini düşmən kimi görmürük" - <b style="color:red">Stoltenberq</b>

Stoltenberq Çin Xalq Respublikası haqqında diqqət çəkən ifadələr işlədib.

525.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iki günlük NATO Xarici İşlər Nazirləri Toplantısı başa çatıb. NATO-nun Baş katibi Yens Stoltenberq sessiyalar başa çatdıqdan sonra mətbuat konfransı keçirib.

Konfransda: “NATO Avropa və Şimali Amerikanın ittifaqıdır. Ancaq qarşılaşdığımız problemlər qlobal xarakter daşıyır. Biz NATO-da bu çağırışların öhdəsindən birlikdə gəlməliyik. Biz Çini düşmən kimi görmürük. Çinlə münasibətlərimizi maraqlarımıza uyğun olduğu müddətcə davam etdirəcəyik", - deyə Stoltenberq bildirib.

Xarici işlər nazirlərinin Çinin hərbi və texnoloji irəliləyişlərini, inkişaf edən kiber və hibrid fəaliyyətlərini qiymətləndirdiklərini deyən Baş katib: “Ukraynadakı müharibə bizim Rusiya qazından asılılığımızı göstərdi. Bu, həm də bizim təchizat zəncirimiz, texnologiyamız və ya infrastrukturumuz, xüsusən də Çin üzərində digər avtoritar rejimlərdən asılılığımızı nəzərə almağa vadar etməlidir. Təbii ki, biz Çinlə ticarət-iqtisadi əlaqələri davam etdirəcəyik. Amma biz aludəçiliyimizdən xəbərdar olmalıyıq”, - deyib.

Rusiyanın hücumları və NATO-nun Ukraynaya dəstəyi mövzusuna da toxunan Stoltenberq: “Ukrayna mühüm irəliləyiş əldə edib. Amma biz Rusiyanı qiymətləndirməməliyik. Rusiya raketləri və pilotsuz təyyarələri şəhərlərə, mülki əhaliyə və mühüm infrastruktur obyektlərinə zərbələr endirməkdə davam edir. Bu hücumlar qış mövsümünün başlaması ilə bir çox insanın əziyyət çəkməsinə səbəb olur. NATO xarici işlər nazirləri Ukraynaya davamlı hərbi dəstəyimizin, xüsusən də hava hücumundan müdafiə dəstəyinin vacib olduğunu açıq şəkildə bildirdilər. Mən müttəfiqlərin yeni öhdəliklərini alqışlayıram”, - deyə vurğulayıb.

Sevil Seymur

 





30.11.2022    çap et  çap et