525.Az

Daha 49 nəfər COVİD-19-a yoluxub


 

Daha 49 nəfər COVİD-19-a yoluxub<b style="color:red"></b>

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 824 337 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 103 nəfər müalicə olunaraq sağalıb, 9 980 nəfər vəfat edib, aktiv xəstə sayı 254 nəfərdir.

Ölkədə son sutka ərzində 1784, hazırkı dövrədək isə 7 375 442 test aparılıb.

 





30.11.2022    çap et  çap et