525.Az

Bakı Avrasiya Universitetində Elçin Hüseynbəyli ilə görüş


 

Bakı Avrasiya Universitetində Elçin Hüseynbəyli ilə görüş<b style="color:red"></b>

Noyabrın 29-da Bakı Avrasiya Universitetində, yazıçı-dramaturq, publisist, AYB katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli ilə görüş keçirilib.

Əsasən filologiya fakultəsi tələbə və müəllimlərinin iştirak etdiyi tədbiri Universitetin Ümumi Filologiya fakultəsinin baş müəllimi Çiçək Hüseynova açıb və qonaq barədə yığcam məlumat verib.

Müəllif-tələbə dialoqu üzərində qurulan görüşdə Elçin Hüseynbəyli öz həyat-yaradıcılığından, gələcək planlarından danışıb, Azərbaycan ədəbi mühiti, onun dünya ədəbi cameəsində yeri, perspektivləri barədə sualları cavablandırıb.

Görüşdə iştirak edən istedadlı gənc şairə Gülnar Ümid öz şeirlərini səsləndirib.

Sonda Universitet adından E.Hüseynbəyliyə təşəkkürnamə təqdim edilib və xatirə şəkli çəkdirilib.

 





30.11.2022    çap et  çap et