525.Az

Zelenski: "Cəbhədə vəziyyət ağırdır"


 

Zelenski: "Cəbhədə vəziyyət ağırdır"<b style="color:red"></b>

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ordusunun Ukraynanın Donetsk cəbhəsində ağır itkilər verməkdə davam etdiyini iddia edib. O, həmçinin “cəbhədə vəziyyətin ağır olduğunu” deyib.

525.az xəbər verir ki, Zelenski gecə saatlarında Telegram hesabında paylaşdığı video mesajında ​​Rusiya-Ukrayna müharibəsinin davam etdiyini xatırladıb. Rusiya qüvvələrinin xüsusilə Donetsk cəbhəsində irəliləməyə çalışdığını, lakin Ukrayna ordusunun Rusiya hücumlarını uğurla dəf etməyə davam etdiyini qeyd edən Zelenski: “Cəbhədə vəziyyət ağırdır”, - deyib. 

Rusiya ordusunun Donetsk cəbhəsində irəliləmək üçün böyük itkilər verdiyini iddia edən Zelenski Ukrayna qüvvələrinin rus qoşunlarının burada irəliləməsinə imkan vermədiyini qeyd edib. Zelenski bəyan edib ki, Rusiya qüvvələri Luqansk vilayətində nəzarət etdikləri yaşayış məntəqələrini “ələ keçirməyə”, Xarkov vilayətində və Ukraynanın cənubunda irəliləməyə çalışıblar. 

Rusiyanın Ukraynada müharibəyə başlamaqla cinayət törətdiyini deyən Zelenski, Rusiyanın yüksək səviyyəli siyasi və hərbi rəsmilərinin mühakimə olunması üçün çox çalışdıqlarını bildirib. Zelenski: "Biz artıq Beynəlxalq Cinayət Məhkəməsi (ICC) ilə əməkdaşlıq qurmuşuq və bu əməkdaşlığı artıracağıq. Təəssüf ki, hazırkı beynəlxalq hüquqi sənədlər ədalət mühakiməsi üçün (Ukrayna müharibəsi məsələsində) kifayət deyil", - deyib.

Ukraynada başlayan müharibədə günahkarların mühakimə olunması üçün beynəlxalq məhkəmənin də qurulması lazım olduğunu müdafiə edən Zelenski: "Rusiyanın məsuliyyəti üzərinə götürməsi üçün Beynəlxalq Cinayət Məhkəməsindən əlavə xüsusi bir məhkəməyə ehtiyac var”, - deyib

Malik Atilay

 





30.11.2022    çap et  çap et