525.Az

Afinada zəlzələ baş verib


 

Afinada zəlzələ baş verib<b style="color:red"></b>

Yunanıstanın paytaxtı Afina yaxınlığında 4,9 bal gücündə zəlzələ baş verib. 

525.az xəbər verir ki, yerli mətbuatın verdiyi məlumata görə, zəlzələ 5,7 kilometr dərinlikdə baş verib. Zəlzələnin episentrinin paytaxt Afinadan 57 kilometr şimal-şərqdə olduğu açıqlanıb.

Qeyd edək ki, 4,9 bal gücündə baş verən zəlzələdən sonra dağıntıların olmadığı bildirilib.

Malik Atilay

 





30.11.2022    çap et  çap et