525.Az

Fransada COVID-19 yoluxmalarında artım müşahidə olunur


 

Fransada COVID-19 yoluxmalarında artım müşahidə olunur<b style="color:red"></b>

Fransa hökumətinin sözçüsü Olivye Veran ölkədə son günlər COVID-19-a yoluxma hallarının artdığını bildirib.

525.az xəbər verir ki, Veran, Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada, son günlərdə COVID-19 və qripə yoluxma hallarının artdığını və ölkənin bronxiolit epidemiyasından keçdiyini bildirib. Keçən həftə ilə müqayisədə COVID-19-a yoluxma hallarının 40 faiz artdığını bildirən Veran, vətəndaşları sosial məsafə qaydalarına əməl etməyə və şübhələndikdə testdən keçməyə çağırıb.

Veran yaxın aylarda şirkətlərin və ev təsərrüfatlarının elektrik enerjisinə tələbatında artım olacağını, lakin istehsal olunan enerjinin bu tələbatdan az ola biləcəyini də qeyd edib.

Qeyd edək ki, son zamanlar COVID-19-a yoluxma hallarında artım müşahidə olunan ölkədə ilin sonuna qədər 9-cu dalğanın başlaması ilə bağlı narahatlıqlar var.

Məhəmməd Tağıyev

 





30.11.2022    çap et  çap et