525.Az

Çin: Sərt tədbirlərlə oyun asılılığını məğlub etdik


 

Çin: Sərt tədbirlərlə oyun asılılığını məğlub etdik<b style="color:red"></b>

Çin hakimiyyəti sərt tədbirlərlə ölkədə xüsusilə gənclər arasında oyun asılılığı problemini rəsmi olaraq həll etdiklərini açıqlayıb.

525.az xəbər verir ki, ötən il Çində yaşı 18-dən aşağı olan yeniyetmələrə həftədə üç saatdan çox video oyunlara baxmaq qadağan edilmişdi. Çin Oyun Sənayesi Komitəsi tərəfindən dərc edilən yeni hesabatda, gənclərin təxminən 75 faizinin vaxt məhdudiyyətinə əməl etdiyi və sağlamlıq vəziyyətlərinin bundan müsbət təsirləndiyi ifadə edilib.

Bu statistikadan sonra hakimiyyət gənclərin oyun aludəçiliyi problemini kəskin tədbirlərlə rəsmi olaraq həll etdiklərini açıqlayıb. Çin Oyun Sənayesi Komitəsi oyun asılılığını mənəvi opiat kimi təsvir edir.

Qeyd edək ki, video oyunların xüsusilə uşaqlara təsiri ilə bağlı müxtəlif nəticələr verən bir sıra araşdırmalar var.

Məhəmməd Tağıyev

 





30.11.2022    çap et  çap et