525.Az

İstanbulda terror aktı törətməkdə şübhəli bilinən şəxslər həbsdə qalacaq


 

İstanbulda terror aktı törətməkdə şübhəli bilinən şəxslər həbsdə qalacaq<b style="color:red"></b>

Sofiya Apellyasiya Məhkəməsi Bolqarıstanda yaxalanan İstiqlal küçəsində terror aktı törətməkdə şübhəli bilinən 4 nəfərin həbsinin davam etdirilməsinə qərar verib. 

525.az xəbər verir ki, kəşfiyyat məlumatı olduğu səbəbilə bağlanan işdə şübhəlilərin həbsinə vəkillər etiraz ediblər. Qaçaq şübhəli bilinən Bilal Həsənin köməkçisi hesab edilən suriyalı Amran Abdulrami, moldovalı Petar Topal, İvan Kalak və Leonid Aksakal insan alveri və ölkəyə qanunsuz daxil olmaqda təqsirli biliniblər.

Məhkəmə Abdulraminin şəxsən insan alveri ilə məşğul olmadığını bildirsə də, terror aktlarında əli ola biləcəyi qənaətinə gəlib. Məhkəmə, həmçinin qeyd edib ki, həbsi davam etdiriləcək digər üç nəfər - Topal, Kalak və Aksakal İstanbuldakı hücumla əlaqəli olmasalar da Türkiyədən Bolqarıstana və Bolqarıstan daxilində insan alverində iştirak ediblər. 

Malik Atilay

 





30.11.2022    çap et  çap et