525.Az

Ermənistanın mövqeləri istiqamətində atəş açılması xəbəri yalandır


 

Ermənistanın mövqeləri istiqamətində atəş açılması xəbəri yalandır<b style="color:red"></b>

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 30-u saat 22:35-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.

 





01.12.2022    çap et  çap et