525.Az

"Mərasimlərin, adətlərin elə tərəfləri var ki, məhz qanunla tənzimlənməlidir"


 

Millət vəkili, professor Rafael Hüseynovun "525"ə müsahibəsini təqdim edirik.

"Mərasimlərin, adətlərin elə tərəfləri var ki, məhz qanunla tənzimlənməlidir"<b style="color:red"></b>

- Rafael müəllim, parlamentin yaz sessiyası artıq başa çatsa da, Sizin uzun müddətdən bəri hazırladığınız bir çox qanun layihələri - "Muğam sənəti haqqında", "Aşıq sənəti haqqında" "Adlar soyadlar haqqında" başqaları sözügedən sessiyanın da  müzakirələrinə çıxarılmadı. Bu yubanma barədə düşünürsünüz?

- Mənə elə gəlir ki, deputatların o hissəsi ki, qanun yaradıcılığı ilə daha çox məşğuldurlar, onların əsas vəzifəsi bu qanunları hazırlamaq, onların daha təkmil bir şəklə gəlib çatmasına səy göstərməkdir. Mən öz növbəmdə  bu istiqamətdə bacardığım işləri görürəm. Məsələn,  "Muğam sənəti haqqında" qanundur ki, o, artıq müzakirə olunub. Azərbaycanın yalnız bu sahə ilə əlaqədar hüquq mütəxəssisləri deyil, həm muğam sənətinin daşıyıcıları olan insanların iştirakı ilə geniş müzakirələr keçirilib düşünürəm ki, uzun təhlillərdən sonra normal bir qanun layihəsi yaradılıb. Eyni zamanda, "Adlar soyadlar haqqında" qanun layihəsi vaxtilə komitəmizdə müzakirə olunub, ona baxışlar aydınlaşıb. Həmçinin, "Aşıq sənəti haqqında" , "Yazılı abidələr haqqında" qanun layihələri  üzərində tamamlanmaqdadır. Ardıcıllıq zərurətin özünün tələbinə əsasən bu qanunları da günlərin hansısa yaxın birində müzakirəyə çıxarmağa gətirib yetirəcək. Amma qanun layihələrinin parlamentdə açıq müzakirəyə çıxarılması artıq o parlament rəhbərliyinin səlahiyyətində olan məsələdir ki, görünür, o qanun layihələrinin vaciblik dərəcəsini, hansının daha tez icraya başlanması əhəmiyyətini nəzərə alaraq bu ardıcıllığı düşünüblər. Güman edirəm ki, buna mane olacaq elə bir səbəb yoxdur yaxın gələcəkdə bu qanun layihələri parlamentdə açıq müzakirəyə çıxarılıb qəbul edilə bilər. Yəni, Azərbaycan qanun sistemi müstəqil dövlət olaraq inkişaf edir. Görürsünüz ki, biz haçansa qəbul etdiyimiz qanunlara da çoxlu dəyişikliklər, əlavələr edirik, onlar üzərində korrektələr aparırıq, bu, bir prosesdir. O prosesin içərisində hansının əvvəl, hansının sonra olmasını isə o axının özü müəyyən edir. Ona görə düşünürəm ki, burada hansısa səbəb axtarmağa ehtiyac yoxdur. Ardıcıllıq zərurətin özünün tələbinə əsasən bu qanunları da günlərin hansısa yaxın birində müzakirəyə çıxarmağa gətirib yetirəcək.

-"Adlar soyadlar haqqında" qanun layihəsi ilə bağlı müzakirələr intensivləşərkən məlum oldu ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən   bu yöndə bir komissiya yaradılıb onun hazırladığı sənəd Nazirlər Kabinetinə təqdim olunub. Bu baxımdan ola bilərmi ki,  gələcəkdə sözügedən komissiyanın Sizin özünüzün yaxından iştirakı ilə bu yöndə son təkmil bir qanun layihəsi hazırlanıb ortaya qoyulsun?

- Əvvəla, belə düşünürəm ki, "Adlar soyadlar haqqında" qanun layihəsini  o zaman təsadüfən hazırlamadım. Çünki uzun müddət bu yöndə məsələlərin elə bir əsasnamə ilə idarə olunması məsələsi ortada idi bu gün bəzi  bu qənaətdə olan insanlar var. Amma bu yalnız sırf ad soyad dəyişikliyi məsələsi deyil, bu, millətin taleyi ilə bağlı  ciddi strateji, siyasi mənaları olan bir hadisədir. Ona görə bu məsələyə belə çox lokal, yalnız əsasnamə ilə idarə olunan xırda problem kimi baxmaq düzgün deyil. Çünki hazırladığım o qanun layihəsində problemin elə təfərrüatları nəzərdə tutulub ki, bunu o əsasnamə həll etmir. Əsasnamə 2-3 ümumi problemi həll edir. Qanun layihəsi daha geniş spektrləri, hədəfləri götürür, yəni, uzun zaman üçün nəzərdə tutulmuş-gələcək on illərin, yüz illərin içərisində yaşayacaq xalqın adlar soyadlar sisteminin təkmil bir hala gəlməsini hədəf götürür. Ona görə düşünürəm ki, mütləq buna gəlib çatılacaq ola bilsin ki, hətta, mənim nəzərdə tutduğumdan da əlavə fəsillərin gələcəkdə ora  artırılması məsələsi ortaya çıxsın. Amma biz indiki halda o qanun layihəsində  bütün aspektləri nəzərdə tutmuşuq. Yaxud, "Muğam sənəti haqqında" qanunu götürək. Muğama bu gün Azərbaycanda dövlət səviyyəsində qayğı var. Azərbaycan mədəniyyəti həm ölkə içərisində ölkə xaricində təbliğ olunur, yüksək inkişaf edir. Amma muğam sənətinin tarix içərisində  üzləşdiyi çox ciddi fəsadları da görmüşük. Ona görə bu xalq musiqisinin, mədəniyyətin ən müxtəlif qanadlarında baş verən proseslər yalnız ayrı-ayrı insanların iradəsindən, yaxşı münasibətindən, xoş yanaşmasından asılı olmamalıdır. Hər şeyi qanunlar idarə etməlidir, çünki biz hüquqi dövlət quruculuğunda irəliləyirik, bu istiqamətdə çox böyük nailiyyətlərimiz var bu nailiyyətlər, əlbəttə ki, gələcəkdə olacaq. Bu, bizim xəttimizdir, sistemimizdir.

Əgər biz hüquqi dövlət qururuqsa, hüquqi dövləti daha kamil etmək istəyiriksə, onda hər bir səmtdə prosesləri idarə edən sabitləşmiş, oturuşmuş qanunlarımız olmalıdır. Məsələn, əgər xalça sənəti haqqında  qanunu qəbul etmişiksə, həmçinin,  digər sənət sahələri, o sənət sahələri ki, orada millətin özlüyünü müəyyən edir millətin varlığı ilə bağlı olduğuna görə bunlar yalnız mədəniyyət məsələsi deyil, bunlar, həm siyasi məsələdir. Ərazimizə iddialar varsa, ərazimizi qəsb edirlərsə, bu, yalnız mənəviyyat məsələsi deyil, bu, çox ciddi siyasi məsələdir. Eyni şəkildə sənin muğamını da qəsb etmək mənimsəmə təhlükələri var. Sənin xalçanı da mənimsəmə özəlləşdirmə, oğurlama təhlükələri var. Həmçinin, sənin miniatür sənətinə belə təhlükələr var. O şeylərə ki, siyasi müdaxilə cəhdi, onu Azərbaycanın əlindən qoparmaq, hansısa bir xalqın mədəni siyasi səbəblərlə özünə tərəf çəkmək can atmaları var, o zaman biz o yerdə  ayıq olmalıyıq bunu qabaqlayacaq siyasi təməlləri, hüquqi təməlləri qurmalıyıq. Ona görə bu səmtlərin hər biri ilə bağlı qanun layihələri olmalıdır, mükəmməl qanunlar olmalıdır biz bu istiqamətdə işlərimizi davam etdirəcəyik.

- Yeri gəlmişkən, həm sədr müavini olduğunuz Mədəniyyət komitəsində, həm Sosial Siyasət Komitəsində ən çox gündəmə gətirilən məsələlərdən biri, heç şübhəsiz, toy yas mərasimlərini tənzimləyəcək qanun layihəsinin qəbulu məsələsidir. Siz, bu haqda deyərdiniz?

- Mənə elə gəlir ki, mərasimlər məsələni qanun çərçivəsinə salmaq bir az müşkül məsələdir. Çünki bu, xalqın artıq yanaşması zaman içərisindən ələnərək keçən adətyaratmaq qabiliyyətinin nəticəsi olaraq ortaya çıxır. Hətta, bir kəndin içərisində, hətta, bir rayonun içərisində olan ayrı-ayrı kəndlərin özlərində belə müxtəlif adətlər ola bilir. Bir bölgənin  bəzən toy adətləri, yas adətləri, dəbləri, vərdişləri bir cür olur, başqa yerinki baş cürə. Ona görə bunları bir ümumi sistem halına salaraq hamıya tətbiq etmək düzgün olmaz. Amma elə məsələlər var ki, bu meyarlar gərək bütün ölkə ərazisində işləsin...

- Konkret olaraq nəyi nəzərdə tutursunuz?

- Məsələn, mən vaxtı ilə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Ekologiya Komitəsində bir məruzə hazırlamışdım o da zahirən belə sadə görünən problem olsa da, amma Avropa ölkələrinin əksəriyyətindən olan deputatların çox ciddi marağına səbəb olmuşdu.  Söhbət səs işıq çirkləndirmələrindən gedirdi. Səs işıq çirkləndirmələri bu gün ekologiyanın, yalnız ətraf mühitin məsələsi deyil, həm mənəvi ekologiya məsələsidir. O da  çox vacib bir problem kimi ortaya çıxır. Sən gedirsən bir hansısa şadlıq sarayında, bir restoranda keçirilən toy mərasinə artıq bu bir adətə dönüb, musiqinin həddi, səsin səsləniş səviyyəsi elə bir halda olur ki, ordan çıxandan sonra üç gün o musiqinin səsi, o hay-küyün uğultusu sənin beynindən getmir, o cümlədən, iki insan orda kəlmə kəsib, danışa bilmir.

Yaxud, sən gedib bir konsertə tamaşa edirsən, bir teatr tamaşasına baxırsan. Sənin özünün bir mədəni səviyyən olmalıdır ki, mobil telefonunu  söndürəsən ya onun səsini alasan. Ancaq konsert  ya tamaşa gedə-gedə bir telefon oradan səs salsın, bir telefon buradan cingildəsin, bir başqasının sədası oradan ucalsın, bu, artıq cəmiyyətə hörmətsizlikdir. Odur ki, bu halda mütləq qanunlar işləməlidir. Qanunlar tənzimləməlidir. Yəni, mərasimlərin, adətlərin, toplumda hamıya aid olan hadisələrin elə tərəfləri var ki, məhz qanunla tənzimlənməlidir.

Amma dediyim kimi,  mərasimləri bir qanun çərçivəsinə salmaq çətindir. O mərasimlərin ifrat olan tərəflərinin qabağını almaq, yaxşı olan tərəflərini təbliğ etmək həm qanun vasitəsilə mümkündür, həm burada artıq Azərbaycanın mətbuatı, Azərbaycanın televiziyaları çox böyük işlər görməlidir. Onlar sadəcə, o ucuz şou verilişlərini təşkil etməkdənsə, ağıllı adamları, cəmiyyətin müxtəlif təbəqələrinin, ruhani təbəqəsinin, alim təbəqəsinin, ziyalı təbəqəsinin, yazar təbəqəsinin, elə o jurnalist təbəqəsinin, o insanlar ki, insanlarla daimi ünsiyyətdədir, seçmə şəxsiyyətlərini dəvət edərək daimi müzakirələr keçirməlidirlər.

Bu da təbii ki,  camaata bir dərs olacaq. Axı, məktəbdə insana illərlə dərs verə-verə yetişdirirsən. Bu baxımdan televiziyaların , mətbuatın  ən vacib vəzifələrindən biri təbii ki, cəmiyyətin o yaralı tərəflərini dərs verməklə, bilgini, səviyyəni artırmaqla, müəyyən məsələlərdə qınaqları ictimailəşdirməklə müalicə etmək olmalıdır. Düşünürəm ki, mərasimlər məsələsində ifratların qabağını almaq, yaxşıları təbliğ etmək məhz bu yolla getsə, daha yaxşı olar.

Kamil HƏMZƏOĞLU

 





25.06.2014    çap et  çap et