525.Az

Şəhriyar Məmmədyarov sonuncu görüşlərini keçirəcək


 

Şəhriyar Məmmədyarov sonuncu görüşlərini keçirəcək<b style="color:red"></b>

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel İndia” rapid turnirində bu gün növbəti görüşlərini keçirəcək.

525.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster yarışın sonuncu günündə, VII turda hindistanlı Nihal Sarinlə, VIII və IX turlarda müvafiq olaraq özbəkistanlı Nodirbek Abdusattorov və hindistanlı Santoş Viditlə üz-üzə gələcək.

Məmmədyarov hazırda 3,5 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turnirin qalibi 10 min ABŞ dolları qazanacaq.

 





01.12.2022    çap et  çap et