525.Az

Maradonanın vəfatından sonrakı ilk Dünya Kuboku


 

Maradonanın vəfatından sonrakı ilk Dünya Kuboku<b style="color:red"></b>

Futbol üzrə Dünya Kuboku iki il əvvəl infarkt keçirərək dünyasını dəyişən əfsanəvi argentinalı futbolçu Dieqo Armando Maradonadan sonra ilk dəfə keçirilir.

525.az xəbər verir ki, futbolçu karyerası ərzində "Boka Xuniors", "Barselona" və "Napoli"nin formaları ilə müxtəlif zolaqlarda 9 çempionluq, Argentina Milli Komandası ilə 1986 Dünya Kuboku qazanan Maradona adını futbol tarixinə qızıl hərflərlə yazıb. Əksər futbol rəsmilərinin braziliyalı Pele ilə birlikdə "tarixin ən yaxşı futbolçusu" kimi qiymətləndirdiyi və bəzilərinin Peledən daha istedadlı olduğunu iddia etdiyi Maradona 30 oktyabr 1960-cı ildə Argentinanın Buenos-Ayres şəhərində anadan olub. Fabrikdə işləyən fəhlə ata və evdar anadan dünyaya gələn Maradonanın istedadı 8 yaşında kəşf edilib və "Estrella Roja" komandasında oynamağa başlayıb. 16 yaşı tamam olmadan "Argentinos Juniors" ilə peşəkar müqavilə imzalayan Maradona, 1981-ci ildə getdiyi "Boka Xuniors"da çempionluq qazandıqdan sonra Avropanın ən böyük klublarından biri olan "Barselona"ya transfer olunub.

Qeyd edək ki, 1982-1984-cü illər arasında İspaniyanın "Barselona" klubunda bütün zolaqlarda 58 matça çıxan və 38 qol vuran Maradona bu klubda 3 dəfə kubok sevinci yaşayıb.

Məhəmməd Tağıyev

 





01.12.2022    çap et  çap et