525.Az

Niderland Millətlər Liqasının final mərhələsinə ev sahibliyi edəcək


 

Niderland Millətlər Liqasının final mərhələsinə ev sahibliyi edəcək<b style="color:red"></b>

UEFA 2023-cü ildə Millətlər Liqasının final mərhələsinə Niderlandın ev sahibliyi edəcəyini açıqlayıb.

525.az xəbər verir ki, UEFA-nın açıqlamasında bildirilir ki, Millətlər Liqasının final, yarımfinal və üçüncü yer uğrunda görüşləri 2023-cü ilin iyununda Niderlandın Rotterdam və Enşede şəhərlərində keçiriləcək. Xorvatiya, İtaliya, İspaniya və Niderlandın mübarizə aparacağı yarımfinalların püşkü 2023-cü ilin yanvarında atılacaq. Turnirin yarımfinal oyunları 14-15 iyun 2023-cü il tarixlərində, üçüncü yer və final görüşləri isə 18 iyun 2023-cü ildə keçiriləcək.

Qeyd edək ki, daha əvvəllər Millətlər A Liqası qruplarında 4 ölkənin birinci yeri tutduğu finallarda Portuqaliya və Fransa qalib gəlmişdi.

Məhəmməd Tağıyev

 





01.12.2022    çap et  çap et