525.Az

Poroşenko Rusiyadan Ukraynaya müfəttişlər göndərilməsini təklif edib


 

Poroşenko Rusiyadan Ukraynaya müfəttişlər göndərilməsini təklif edib<b style="color:red"></b>

Ukrayna prezidenti Petro Poroşenko rəsmi şəkildə Rusiyaya Ukraynadakı ATƏT-in müşahidəçi missiyasına müfəttişlər göndərməyi təklif edib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pyotr Poroşenko Almaniyanın kansleri Anqela Merkel ilə telefon danışığı zamanı bəyan edib.

"ATƏT-in müşahidəçi missiyasına qoşularaq, müfəttişlər atəşkəs rejiminə əməl olunmasını təsdiqləyə bilərlər", deyə Poroşenko qeyd edib.

Xatırladaq ki, Ukrayna prezidenti Petro Poroşenko ölkənin cənub-şərqində güc strukturları tərəfindən aparılan hərbi əməliyyatların iyunun 27-dək dayandırılacağını bəyan edib.

 





25.06.2014    çap et  çap et