525.Az

Emma Radukanu kral ordeninə layiq görülüb


 

Emma Radukanu kral ordeninə layiq görülüb <b style="color:red"></b>

Böyük Britaniyalı tennisçi Emma Radukanu Böyük Britaniya Kralı III Çarlz tərəfindən MBE kral fəxri adına layiq görülüb. 

525.az xəbər verir ki, Vindzor qəsrində təşkil edilən mərasimdə medalını alan 20 yaşlı tennisçi mətbuata açıqlamasında “Kralımızdan bu titulu almaq mənim üçün böyük şərəfdir, çox minnətdaram", - deyib.

Qeyd edək ki, 2021-ci il ABŞ Açıq çempionatında kubok qazanan Radukanu, Virciniya Veydin 1977-ci ildə Uimbldon çempionluğundan sonra böyük dəbilqə qazanan ilk britaniyalı qadın tennisçi olub.

Malik Atilay

 





01.12.2022    çap et  çap et