525.Az

Canluka Ferrero "Yuventus"un prezidenti seçilib


 

Canluka Ferrero "Yuventus"un prezidenti seçilib<b style="color:red"></b>

İtaliyanın Birinci Futbol Liqası (Seriya A) komandalarından olan "Yuventus"un səhmlərinə sahib olan "Exor Holding" klubun prezidenti vəzifəsinə Canluka Ferreronun təyin edildiyini açıqlayıb. 

525.az xəbər verir ki, Agnelli ailəsinə məxsus "Exor Holding"dən verilən yazılı açıqlamada "Yuventus" klubunun prezidenti Andrea Agnelli və idarə heyətinin dünən vəzifələrindən istefa verməsindən sonra mühasib Canluka Ferreronun klub prezidenti vəzifəsinə təyin edildiyi bildirilib. 

Açıqlamada qeyd olunub ki, “Yuventus”un səhmdarları 18 yanvar 2023-cü il tarixində keçiriləcək ümumi yığıncağa dəvət edilərkən “Exor Holding” qanunla müəyyən edilmiş müddət ərzində yeni idarə heyətinə namizədlərin siyahısını müəyyən edəcək.

Qeyd edək ki, "Yuventus"un prezidenti Andrea Agnelli və onun idarə heyətinin istefasından sonra bu gün İtaliya Birjasında "Yuventus"un səhmləri ucuzlaşıb.

Malik Atilay

 





01.12.2022    çap et  çap et