525.Az

İranda zəlzələ baş verib


 

İranda zəlzələ baş verib<b style="color:red"></b>

İranın cənubundakı Hörmüzqan əyalətinin Kunq şəhərində 5,7 bal gücündə zəlzələ baş verib.

525.az xəbər verir ki, Tehran Universiteti Seysmologiya Mərkəzindən verilən yazılı açıqlamaya görə, episentri Kunq şəhərində olan 5,7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin yerin 16 kilometr dərinliyində baş verdiyi bildirilib.

Qeyd edək ki, zəlzələdə can və ya mal itkisinin olub-olmadığı barədə məlumat verilməyib.

Məhəmməd Tağıyev

 





01.12.2022    çap et  çap et