525.Az

Respublika fənn olimpiadalarına qeydiyyat yenidən aktiv edilib


 

Respublika fənn olimpiadalarına qeydiyyat yenidən aktiv edilib<b style="color:red"></b>

Respublika fənn olimpiadalarında iştirak etmək üçün onlayn qeydiyyat prosesini tamamlaya bilməyən şagirdlər üçün onlayn qeydiyyat yenidən aktiv edilib.

525.az xəbər verir ki, şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər. Belə ki, 1 dekabr saat 12:00-dan 2 dekabr saat 17:00-a kimi onlayn qeydiyyat sistemi aktiv olacaq.

Onlayn qeydiyyat ilə əlaqədar yaranmış çətinliklərlə bağlı +994 50 791 46 31 “WhatsApp” nömrəsinə yazılı şəkildə müraciət edə bilərsiniz.

Sevinc Qarayeva 

 





01.12.2022    çap et  çap et