525.Az

Azadlıq şairi Əli Tudə və onun "Türklər" poeması


 

Azadlıq şairi Əli Tudə və onun "Türklər" poeması<b style="color:red"></b>

Əli Tudə (31.01.1924-26.02.1996) Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. O şimallı-cənublu Azərbaycanımızın sevilən şairlərindən biri olmuş, ömrü boyu azadlıq duyğuları ilə, Cənub həsrətilə yaşayıb-yaratmış söz sənətkarlarımızdandır. Bütün həyatı qaçhaqaç-qovhaqovda, qadağalarda keçmiş şair illərlə gah Şimalda, gah da Cənubda məskunlaşaraq ağır mühacir ömrü sürüb bu həyatı "ayrılıq imtahanı" adlandırıb.Əli Tudə məhəbbətdən, təbiətdən, sadə insanlardan... cild-cild kitablar yazıb. Onun şeirlərinin, poemalarının, povest hekayələrinin qəhrəmanlarının əksəriyyəti sadə azərbaycanlılardır. Canlı həyat, sadə danışıq tərzi, təmiz dil anlaşıqlı üslub, hamının dərk edə biləcəyi fikir ifadə, nəhayət, səmimiyyət Əli Tudə əsərlərinin "qanını", "canını" təşkil edir. Bu əsərlər şifahi xalq ədəbiyyatından, qədim adət ənənələrimizdən bəhrələnmiş, ən başlıcası isə milli özünüdərk təfəkkürünə söykənən bir xətdən keçmişdir. Onun hekayələrinin süjeti yəqin ki elə öz həyatından götürülmüşdür: nəsr əsərlərinin əksəriyyətini ömrü mübarizələrdə keçmiş bir azəri türkünün həyat tarixçəsi adlandırmaq isə daha düzgün olardı.

Əli Tudənin çoxşaxəli yaradıcılığında Cənub mövzusu qırmızı xətlə keçir. "Arazın o tayında" (1954), "Yaralanmış nəğmələr" (1964), "Mehabadlı tələbə" (1968), "Hicran yolu" (1981), "Çanaxbulaq dastanı" (1984), "Əbədi nisgil" (1984), "Gecikmiş vüsal" (1988), "Ayrılmış sahillər" (1996) başqa poemaları məhz bu səpkidədir. Ayrılıq, həsrət, hicran dolu həyat motivləri ilə yanaşı şairin demokratik ruhlu azadlıq arzuları da həmin əsərlərin əsas qayəsini təşkil edir. Ötən əsrin 50-ci illərindən başlayaraq qələmə alınmış bu poemalar elə bugünümüzdə öz əhəmiyyətini qoruyub saxlamışdır. Dünya xalqlarının milli-azadlıq hərəkatının, demokratiya uğrunda savaşın geniş vüsət aldığı günümüzdə cənublu soydaşlarımız da müxtəlif çətinliklərə, qadağa məhrumiyyətlərə baxmayaraq küçə meydanlara axışır, arzu istəklərini, tələblərini bildirməyə çalışırlar. Onlar bu gün bizə çox adi görünən ən xırda azadlıqlardan belə məhrumdurlar. Azərbaycandilli məktəblərin olmaması, anadilli mətbuatın həddindən artıq məhdudluğu, söz azadlığı s. bu kimi insan haqlarına malik olmayan cənublu soydaşlarımız vaxtaşırı olaraq öz sözlərini hökumətə çatdıra bilirlər.

Artıq 20 ildir ki, özünün dövlət müstəqilliyini, milli istiqlaliyyətini bərpa etmiş Azərbaycan Respublikasında iqtisadiyyatın sürətli inkişafı, insanların həyat şəraitinin əhəmiyyətli dərəcədə yüksəlişi 50 milyonluq dünya azərbaycanlılarını, o cümlədən 30 milyonluq cənublu soydaşlarımızı da ruhlandırmışdır. Onlar vaxtaşırı olaraq özlərinin haqq səslərini ucaldaraq örnək kimi məhz müstəqil Azərbaycan Respublikasından da çox şey görüb-götürürlər. Bu gün ölkəmizdə formalaşmış milli mənlik şüuru, azərbaycançılıq ideologiyası, bu ideologiyanın tərkib hissəsi olan türkçülük məfkurəsi özünün minilliklərin dərinliklərindən gələn  möhkəm köklərinə qayıdır. Bu qayıdış müqabilində vaxtilə yasaqlanmış mövzular, hətta XX əsrin sonlarınadək az qala unutdurulmuş tarixi gerçəkliklər üzə çıxır, tarixin qaranlıq məqamlarına işıq salınır. İllər uzunu azərbaycanlıları müxtəlif adlarla qələmə alan üzdəniraq tarixçi siyasətçilər düşünülmüş şəkildə xalqa milli mənsubiyyətini, tarixi köklərini unutdurmağa çalışmışlar. Lakin xalqımızın parlaq beyinləri öz milli mənliyini qoruya-qoruya onu saf şəkildə, heç bir deformasiyaya uğramayan bir formada indiki nəsillərə çatdıra bilmişlər. Bu müqəddəs yolda tarixçilərlə yanaşı ədəbiyyat fədailəri qoşa addımlamış, xalqın taleyüklü məsələlərini ürəklərində yaşadaraq, heç bir qadağalara baxmadan uğurla qələmə almağa müvəffəq olmuşlar.

Bu mənada şair Əli Tudənin "Türklər" poeması da diqqətçəkəndir. Əsərdə bəzi üzdəniraq tarixçilərə:

 

Mən türklərin içində

 Azərbaycan türküyəm.

 

- deyə tutarlı cavab verilərək azərbaycanlılara aid edilən "mən kiməm" sualı poetik dillə yerli-yataqlı  cavablandırılmış türklərin mənəvi birliyi tərənnüm edilmişdir:

 

Möhtəşəm Türk dünyası

Fəxrimdir, qürurumdur.

Uğuru uğurumsa,

Qüsuru qüsurumdur...

Sevinci sevincimdir,

Kədəri kədərimdir.

 

Şair burada zaman-zaman düşmən fitvası ilə bir-birinə qənim kəsilmiş türk sərkərdələrindən söz açaraq İldırım Bəyazidlə Teymurləngin döyüşünü xatırladır düşmənləri lərzəyə gətirmiş iki türkün bir-birinin üzərinə yürüşünü "tarixdə bir dəhşət" kimi qiymətləndirir. Əli Tudə əsrlərlə param-parça edilən, pərakəndə vəziyyətdə olan Azərbaycan torpaqlarını birləşdirməyə can atmış, bu ali məqsədinə çatmaq üşün ilahi eşqlə məşəqqətli yürüşlərə çıxmış Şah İsmayıl Xətai haqqında ayrıca bəhs edir. Xətai "bu başdan o başadək" parçalanmış Vətəni birliyə səsləyir. "Dövlətin əzəməti", "dar gündə elin elə sədaqəti", "çayların, kəhrizlərin, göllərin, dənizlərin qüdsiyyəti", "sevilənlə sevənin məhəbbəti" məhz elə bir olmaqda deyilmi? Elə dövlət başçısını da yaşadan budur. Onu

 

... öz millətinə

Xidmətidir yaşadan.

Vətəni birləşdirmək

Niyyətidir yaşadan.

 

Bəs Vətənin sərhədləri haradan başlanır? Əli Tudə coğrafi koordinatları şeirə gətirərək sanki Azərbaycanın xəritəsini çəkir:

 

Bir ucu Dərbənddədir,

Bir ucu Həmədanda.

Bir ucu Kərkükdədir,

Bir ucu İrəvanda.

Bir ucu Göyçədədir,

Bir ucu Borçalıda.

Bir ucu Mehridədir,

Bir ucu Xocalıda.

Bir ucu Dilcandadır,

Bir ucu Zəngəzurda.

Bir ucu Makudadır,

Bir ucu Dəstəfurda.

 

Dünya görmüş şahlarla döyüşən gənc Şah İsmayılın saysız-hesabsız qələbələri ilahinin sirridir. Məğrur Azərbaycan övladı qılıncı qələmi ilə Vətənin şənini göylərə qaldırdığı bir zamanda Sultan Səlim Çaldıranda onunla döyüşə başlayır. Vətən tarixində şanlı səhifələr yazmış elə bir oğulla ki:

 

Şeirində Azərbaycan

Məhrəm-məhrəm danışır.

Qürurla dolu səsi

Lal tarixə qarışır.

 

Şah İsmayıl Xətai , Sultan Səlim türkdür; hər ikisi şairdir; lakin Xətaidən fərqli olaraq Səlim fars dilində yazır bununla fəxr edir. O, düşmənlərin fitvasına uymuşdur. Canı, qanı, torpağı, suyu havası bir olan insanların - sünni şiə məzhəbli türk qardaşların arasına nifaq salınmışdır. Gücləndikləri əyyamda ümumi düşmənlərimiz sünni-şiə məsələsini ortaya atmış, zaman-zaman qardaşlar bir-birilə vuruşmuşdur. Dava tükənir, yadlar isə onu yenidən başlayırlar. Şair bu məqamı dəyərincə anlada bilir :

 

... türkün türklə

Döyüşü fəlakətdir.

Türk türklə çarpışanda

Kim gələcək haraya?

 

- deyərək yadların ancaq tamaşaya duracaqlarını bildirir. Aranı qızışdıranlar elə onlar deyilmi? Adı çəkilən mənfur döyüş zamanı namərd sultan toplardan atəş açır; şah isə bunu kişilikdən sanmayaraq döyüşə qılıncla atılır. Sultandan fərqli olaraq o, əsirlərin sağ-salamat saxlanılmağını əmr edir. Çünki Xətai başqa bir düşüncənin sahibidir. Hətta döyüş meydanında yaralanan zaman:

 

Həkim şahı hücumdan

Saxlamaq istəyəndə,

Qolunun yarasını

Bağlamaq istəyəndə,

Şah deyir, siz şəfqətli

Əlinizi saxlayın!

Siz mənim yox, Vətənin

Yarasını bağlayın!

 

Döyüş sarıdan məğlub olan Xətai mərdlik sarıdan qalib gəlir! Yadlar isə hər iki türkdən doyunca qisas alır. Bu, bütün yer üzünə səpələnmiş türklərə tarixin bir ibrət dərsidir. Tarixin qatlarında möhtəşəm iz qoymuş iki nəhəng imperiyanı məhz beləcə susdurmağa müvəffəq oldular.

Qeyd etmək yerinə düşür ki, Azərbaycan məhz Şah İsmayıl Xətainin dövründə qüdrətli bir dövlət kimi təşəkkül taparaq tarixin səhnəsinə çıxmışdır. Əhali doğma dildə yazıb-oxuyur, bu dildə verilən məşhur şah fərmanları milləti sevindirir. Bütün varlığı ilə şair təbiətli olan şah sözü ilə, silahı ilə döyüşə yollananda ölüm təhlükəsinə görə özüylə heç zaman heç bir sənətkar aparmayaraq onların məhv edilməsinə qıymır.  Əksinə, o ustadları təbliğ etməyi yaddan çıxarmır:

 

Şah İsmayıl Qərbdə

Tanıdır hər ustadı.

Gözü üstdə saxlayır

Qurbanini, Behzadı.

 

Təsadüfi deyildir ki, dahi Füzulinin dünya şöhrətli sənət inciləri, ustad Qurbaninin ürəkləri fəth edən qoşmaları Kəmaləddin Behzadın ilhamla yaratdığı ecazla dolu, bütün Şərqi heyran edən rəsmləri məhz Şah İsmayılın dövründə yaranmışdır. 

Əli Tudə Şah İsmayıl Xətainin atalardan çəkdiyi "Dağ ətəyi peyğəmbər ətəyidir" misalını ömrü boyu qulaqlarına sırğa edir qanlı döyüşlərdə , özünü tək sananda da:

 

Peyğəmbər ətəyindən

Yapışmağa çalışdım.

O olmadı... Savalan

Ətəyindən yapışdım.

 

- deyə məşəqqətli gəncliyini xatırlayır...

Şair əsərin sonunda riyakar ermənilərin "Böyük Ermənistan" xülyasından danışır. Onu diqqətə çatdırır ki, fitvalar bu gün davam edir. Ermənilər Azərbaycanın qərb torpaqlarını işğal altında saxlayır, lakin dünya türkləri hələ susur:

 

bir yerə yığılır,

dünyaya deyir:

Azərbaycan dağılır!

 

Şair dünya türklərini əzəli əbədi birliyə səsləyərək düşmən fitvasına uymamağa çağırır. Əsər  tarixi qaynaqlardan mükəmməl yararlanmış, dövrün həqiqətləri ilə şair təxəyyülü bir -birini tamamlamışdır. Əsər boyu oxucunu ibrətamiz fikirlər müşayiət edir ki, bu da oxucunu addımbaşı düşünməyə vadar edir. 1993- ildə qələmə alınmış, ideya məzmunu ilə diqqət çəkən "Türklər" poeması proloqdan, "Mən kiməm", "Tarix danışır", "Musiqi məclisində", "Təzadlı döyüş", "Sevgi duyğuları", "Son məktub", "Əzəmətli dəfn", "Zamanın tövsiyəsi" bəlmələrindən epiloqdan ibarətdir.  Əsər maraqlı süjet xətti üzərində qurulmuşdur. İdeya-bədii xüsusiyyətləri, eləcə texnikası ilə seçilən "Türklər" poeması Əli Tudənin poetik yaradıcılığında əksər əsərlərindən fərqli olaraq başdan-başa 7-lik heca üzərində qələmə alınmışdır. Poemada önə çəkilən məsələlər qarşıya qoyulan məqsədə müvafiq olaraq öz ideya-bədii həllini tapmışdır.

Vaxtilə "Azərbaycan" ("İnqilab mədəniyyət") jurnalının səhifələrində tez-tez çıxış edən Əli Tudənin "Cənub nəğmələri" adlanan ilk kitabı 1950-ci ildə Bakıda çapdan çıxmışdır. Elə həmin ildə "Bakının işıqları", daha sonra isə "Vətən sevgisi" (1951), "Məhbusların son sözü" (1952), "Şimal həsrəti" (1953), "Arazın o tayında" (1954), "Şeirlər" (1955), "Şairin düşüncələri" (1956), "Qartal" (1959), "Qəzəb" (1959), "Şairin kitabxanası" (1962), "Buludlar" (1964) başqa şeir kitabları nəşr olunur. İllərin ardıcıllığına diqqət yetirsək, şairin məhsuldar bir yaradıcı şəxsiyyət  olduğunu görə bilərik. Şairin indiyədək 40-a yaxın kitabı işıq üzü görmüşdür.

Vaxtilə Hüseyn Abbaszadə, Bəxtiyar Vahabzadə, İlyas Əfəndiyev, Balaş Azəroğlu, Xəlil Rza Ulutürk,  Söhrab Tahir, Nəriman Həsənzadə, Hökumə Billuri, Cabir Novruz, Mirvarid Dilbazi, Qılman İlkin, Teymur Əhmədov, Şamil Salmanov, Sabir Əmirov, Nazim Rizvan, Mahmizər Mehdibəyova başqaları Ə.Tudə şəxsiyyəti onun yaradıcılığı haqqında elmi elmi-publisistik məqalələrlə çıxış etmişlər. Fikrimizcə, bütün bunlar kifayət deyildir. Ə.Tudənin həyat yolu, yaradıcılığı müxtəlif istiqamətli, daha əhatəli tədqiqat əsərlərində öz əksini tapmalıdır. Onun ədəbi irsi neçə-neçə namizədlik doktorluq işlərinin dolğun mövzusu ola bilər.

Əli Tudənin yaradıcılıq yolu nəsillər üçün örnəkdir. Onun ədəbi əsərlərindən, həyat yaradıcılığından oxuyub-öyrənməli hələ çox şey var. Azərbaycan oğulları Vətənin cəngavər şairinin, məğrur şairinin - heç vədə öz yolundan dönməyən, öz məsləkindən əl çəkməyən Əli Tudənin indi az qala hər birisi bir şüara çevriləcək qədər mənası olan şeirlərindəki vəsiyyətlərini öz həyat amalına çevirməlidirlər.

Ağahüseyn ŞÜKÜROV

 





25.06.2014    çap et  çap et