525.Az

"Ən azı 200 gün olmaqla Azərbaycanın taxıl ehtiyatı həmişə saxlanılır"


 

 "Ən azı 200 gün olmaqla Azərbaycanın taxıl ehtiyatı həmişə saxlanılır"<b style="color:red"></b>

"Dünyada cərəyan edən siyasi hadisələrin qlobal iqtisadiyyata təsirləri özünü ciddi şəkildə göstərir. Əsas qida mənbəyi sayılan taxılın qiyməti, tədarükü, idxalı ilə bağlı problemlər Azərbaycandan da yan ötüşmür".

525.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən taxıl fondu haqqında əsasnaməyə görə, ən azı 200 gün olmaqla Azərbaycanın taxıl ehtiyatı həmişə saxlanılır:

"İndi də təqribən o səviyədədir. Yəni, ölkədə 200–220 günlük taxıl ehtiyatı var. Bu daim artırılan və yenilənən məlumatlardır. Xaricdən buğda tədarükü çox olduğundan artımlar müşahidə olunur. Əsas tədarük etdiyimiz ölkə Rusiya idi. Rusiya-Ukrayna müharibəsi, Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi, Rusiyanın özünün taxıl ixracatına qoyduğu məhdudiyyətlərlə bağlı Rusiyadan taxıl alımı xeyli azalıb. Lakin, Qazaxıstandan taxıl idxalı artırıldı. Bu proseslərlə paralel olaraq taxılın qiymətində artımlar oldu. Bir çox beynəlxalq agentliklərin, analitik mərkəzlərin hesablamalarına görə dünya bazarında qiymət artımı gələn il də davam edəcək.”

Sevinc Qarayeva 

 





01.12.2022    çap et  çap et