525.Az

QMİ MTN-də araşdırma aparır


 

QMİ MTN-də araşdırma aparır<b style="color:red"></b>

Qafqaz Müsəlmanlar İdarəsinin tarixi ilə bağlı çoxcildli kitab hazırlanır.

APA-nın məlumatına görə, bunu QMİ-də dindarlarla keçirilən görüşdə qurumun sədri, şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, bununla bağlı müxtəlif ölkələrdən Azərbaycana 40 minə yaxın sənəd gətirilib.
 
Şeyxülislam qeyd edib ki, QMİ əməkdaşları Milli Təhlükəsizlik Nazirliyinin arxivində də araşdırma aparır: “Sovet dövründə və ondan əvvəlki dövrlərdə dindarların “kulak” elan olunması, repressiyaya məruz qalması, dinimizlə bağlı müxtəlif dövrlərdə baş verənlər bu kitablarda əksini tapacaq”.

 





25.06.2014    çap et  çap et