525.Az

Hacıqabul sakinini qatar vurub


 

Hacıqabul sakinini qatar vurub<b style="color:red"></b> Hacıqabul rayonunda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında rayonun Qarasu kənd sakini, 1959-cu il təvəllüdlü Babayev Tacəddin Xanbala oğlunu Bakı-Qazax dəmir yolu xəttində qatar vurub.
 
Qatarın altında qalan T. Babayev hadisə yerində dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır. 
 





25.06.2014    çap et  çap et