525.Az

İran İsrail kəşfiyyatı ilə əməkdaşlıq etdiyinə görə 4 nəfəri edam edib


 

İran İsrail kəşfiyyatı ilə əməkdaşlıq etdiyinə görə 4 nəfəri edam edib<b style="color:red"></b>

İranda 4 nəfər "İsrail kəşfiyyat təşkilatı ilə əməkdaşlıq və adam oğurluğu" ittihamı ilə edam cəzasına məhkum edilib. 3 nəfərə isə 5 ildən 10 ilə qədər həbs cəzası verilib.

525.az xəbər verir ki, İsrail kəşfiyyatı ilə əməkdaşlıq ittihamı ilə mühakimə olunan 7 nəfər barəsində yekun qərar verilib. İsrail kəşfiyyatçılarının təlimatı ilə hərəkət etdikləri iddia edilən müttəhimlərin pul qarşılığında ictimai asayişi pozmağa çalışdıqları və əməlləri müqabilində xaricdən kriptovalyutalarla ödəniş aldıqları bildirilib.

Qərara əsasən, Hüseyn Urduhanzadə, Şahin İmani Muhammedabad, Milad Eşrefi Atbatan və Menuçehr Şehbendi Bocendi adlı dörd müttəhim "İsrail ilə kəşfiyyat əməkdaşlığı və adam oğurluğu" ittihamı ilə edam cəzasına məhkum edilib. Adları açıqlanmayan digər üç müttəhim isə "milli təhlükəsizliyə qarşı cinayətlər törətmək, adam oğurluğuna köməklik etmək və qanunsuz silah saxlamaq" kimi cinayətlərə görə 5 ildən 10 ilə qədər azadlıqdan məhrum edilib.

Məhəmməd Tağıyev

 





02.12.2022    çap et  çap et