525.Az

Yunanıstanda casus qalmaqalı: 100-dən çox şəxs hədəfə alınıb


 

Yunanıstanda casus qalmaqalı: 100-dən çox şəxs hədəfə alınıb<b style="color:red"></b>

Yunanıstanın "Documento" qəzetinin dərc etdiyi araşdırma sənədlərinə görə, Yunanıstan hökuməti onlarla siyasətçi, jurnalist, dövlət məmuru və iş adamının telefonlarına casus proqramlar yerləşdirib. Bazar günü yayılan hesabatda, bir polis rəisinin də hədəf alındığı üzə çıxıb.

525.az xəbər verir ki, qalmaqalı bir neçə aydır araşdıran "Documento" iddia edib ki, Yunan polisi Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin göstərişi ilə ölkənin Milli Kəşfiyyat Xidməti (EYP) tərəfindən keçmiş prezident Miçalis Karamalakisin telefonuna "Predator"casus proqram təminatı quraşdırıb. Hesabatda EYP-nin nəzarətində olduğu iddia edilən hədəflərin sayının 100-dən çox olduğu göstərilir.

Siyahıya müxalif siyasətçi Nikos Androulakis, prokuror Kristos Bardakis, jurnalistlər Tina Messaropoulou, Tanasis Koukakis və Stavros Michaloudis, həmçinin Mitsotakisin bəzi məsləhətçiləri və etibarlı adamları daxildir.

Qeyd edək ki, EYP-nin işinə bilavasitə nəzarət edən Mitsotakis qalmaqala aidiyyatını inkar edir.

Məhəmməd Tağıyev

 





02.12.2022    çap et  çap et