525.Az

Yaponiyada 4 aylıq enerjiyə qənaət prosesi başlayıb


 

Yaponiyada 4 aylıq enerjiyə qənaət prosesi başlayıb<b style="color:red"></b>

Yaponiyada mümkün enerji kəsimlərinin qarşısını almaq üçün 4 aylıq elektrik enerjisinə qənaət dövrü başlayıb.

525.az xəbər verir ki, hökumət 1 dekabr- 31 mart tarixləri üçün yaşayış və iş yerləri üçün əhatəli qənaət tədbirləri proqramı dərc edib. Yaponlardan daha sıx geyinmələri və evlərində qızdırıcıları daha aşağı temperaturda işlətmələri tələb olunub. Tədbirlər arasında daha qalın pərdələrdən istifadə, ehtiyac xaricində lampaların söndürülməsi də var.

Elektrik enerjisinin pərakəndə satış müəssisələri ilə əməkdaşlıq çərçivəsində, elektrik enerjisinə qənaətini uğurla davam etdirən istehlakçılara isə güzəştlər ediləcək. İlk növbədə, enerjiyə qənaət proqramına daxil olan bütün sakinlər təxminən 2 min yen dəyərində mükafat xalları ilə təmin olunacaqlar. Növbəti 3 hesab-fakturasını əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz və ya daha çox azaldanlara isə əlavə mükafat xalları veriləcək.

Qeyd edək ki, qənaət çağırışı, 2015-ci ildən bəri qeydə alınan ilk milli qış enerjiyə qənaət tələbidir.

Məhəmməd Tağıyev

 





02.12.2022    çap et  çap et