525.Az

Nigeriya Çin ilə 60 milyon dollarlıq müqavilə imzalayıb


 

Nigeriya Çin ilə 60 milyon dollarlıq müqavilə imzalayıb<b style="color:red"></b>

Nigeriyanın Kogi əyalət hökuməti təhlükəsizlik məsələlərini həll etmək üçün Çinlə 60 milyon dollarlıq müqavilə imzalayıb.

525.az xəbər verir ki, Kogi əyalətinin təhlükəsizlik müdiri Əbdülkərim Siyaka verdiyi açıqlamada, Çinlə əyalətdə terrorçulara və silahlı dəstə üzvlərinə qarşı mübarizədə yüksək texnologiyalardan istifadə etmək üçün 60 milyon dollarlıq müqavilə bağladığını bildirib. Əyalətdə texnologiyadan istifadə edərək təhlükəsizliyi təmin edəcəklərini bildirən Siyaka: "Biz bütün əyaləti real vaxt, virtual, audio və vizual olaraq xəritəyə yerləşdirəcəyik. Bu yolla əyalətə daxil olan və çıxan hər kəsi izləyə biləcəyik", - deyib.

Qeyd edək ki, Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində terror təşkilatları Boko Haram və ISWAP, eləcə də silahlı dəstələrin hücumları ilə üzləşir.

Məhəmməd Tağıyev

 





02.12.2022    çap et  çap et