525.Az

10 min təcili yardım işçisi tətil edəcək


 

10 min təcili yardım işçisi tətil edəcək<b style="color:red"></b>

İngiltərə və Uelsdə 10 mindən çox təcili yardım işçisi maaş artımı və iş şəraiti ilə bağlı fikir ayrılıqlarına görə tətil etmək qərarına gəlib.

525.az xəbər verir ki, GMB birliyi İngiltərə və Uelsdəki 10 mindən çox təcili yardım işçisinin, o cümlədən feldşerlər, təcili yardım köməkçiləri və digər işçilərin tətil üçün səs verdiyini açıqlayıb. Birlik Miladdan əvvəl mümkün tətil tarixlərini müzakirə etmək üçün yaxın günlərdə toplanacağını bildirib. GMB milli katibi Raçel Harrison tətil qərarı ilə bağlı açıqlamasında: "Səhiyyədə heç kim tətil tədbirini yüngül qəbul etmir. Bu gün qəbul edilən tətil qərarı onların nə qədər çarəsiz olduqlarını göstərir", - deyib.

Qeyd edək ki, İngiltərə, Uels və Şimali İrlandiyada minlərlə tibb bacısı da iki günlük kütləvi tətilə çıxmağa hazırlaşır.

Məhəmməd Tağıyev

 





02.12.2022    çap et  çap et